reklam
Azərbaycan Tokio Olimpiadasının paradından keçdi -
Sportfm.az xəbər saytı

Azərbaycan Tokio Olimpiadasının paradından keçdi -FOTO


Tokioda keçirilən XXXII Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasiminə start verilib.

Sportfm.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da start götürən mərasimdə bayrağımızı cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyıb. Paradda yığmamızın şef-de-missionu olan Fərid Mansurovla birlikdə 27 nəfərlik nümayəndə heyəti yer alıb. Komandamız açılış mərasimindən Yunanıstan, Qaçqın Olimpiya Komandası, İslandiya və İrlandiyadan sonra 5-ci keçib. 

Koronavirus pandemiyası səbəbindən bir il sonra baş tutan Tokio-2020-nin açılış mərasimi azarkeşsiz keçirilib. Yaponiya Milli Stadionunda təşkil edilən tədbirə idmançılardan başqa ümumilikdə 950 rəsmi şəxs buraxılıb. 

Qeyd edək ki, Olimpiada avqustun 8-dək davam edəcək. Multi idman yarışına 40 lisenziya əldə edən Azərbaycan millisi turnirə 44 idmançı ilə qatılıb.

Oxşar xəbərlər

Azərbaycan paralimpiyaçılarının açılışdakı sayı - Tokio-2020
Yay Olimpiya Oyunları başa çatdı - Tokio-2020
Azərbaycan nümayəndə heyətinin açılışdakı sayı bilindi - Tokio-2020
İdmançılarımız Tokioda məşqə çıxdı - FOTO
"Bayrağı daşımaq mənim üçün stimuldur" - Tokio-2020

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər