reklam
İdmançılarımız Tokioda məşqə çıxdı -
Sportfm.az xəbər saytı

İdmançılarımız Tokioda məşqə çıxdı -FOTO


Cüdo üzrə Azərbaycan millisi Yay Olimpiya Oyunları üçün Tokioda məşqə çıxıb.

Sportfm.az xəbər verir ki, hazırlıq prosesi cüdonun mənbəyi hesab edilən Kodakanda baş tutub.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov da komandanın məşqini izləyib.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında bu idman növü üzrə yarışlara iyulun 24-də start veriləcək. Azərbaycan tarixdə ilk dəfə olaraq olimpiadada 9 idmançı ilə təmsil olunacaq. Püşkatma mərasimi iyulun 22-də Bakı vaxtı ilə saat 09:00-da keçiriləcək. Tatamiyə ilk olaraq Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) çıxacaq. Olimpiadada cüdo yarışları iyulun 24-dən 31-dək gerçəkləşəcək.

Tokio-2020-nin açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq.

Oxşar xəbərlər

Tokio-2020: Taekvonduçularımızın ilk rəqibləri müəyyənləşdi
Afrika ölkəsi Olimpiya Oyunlarından imtina etdi - Tokio-2020
Cüdoçularımızın ilk rəqibləri bilindi - Tokio-2020
Tokioda qanqaraçılıq davam edir - 12 nəfər virusa yoluxdu
Azərbaycan komandasının geyiminin təqdimatı oldu - Tokio-2020

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər