reklam
Slovakiya ilə oyunda yığmamızın biabırçı statistikası
Sportfm.az xəbər saytı

Slovakiya ilə oyunda yığmamızın biabırçı statistikası


Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsinin son turunda Slovakiyaya 0:2 hesabı ilə uduzdu. 

Sportfm.az xəbər verir ki, qarşılaşmanın statistik göstəricilərində meydan sahibləri üstün olub. 

Slovakiya 16, Azərbaycan isə 4 dəfə qapıya zərbə endirib. Meydan sahiblərinin 8 zərbəsi qapıya istiqamətlənib və 2-si qolla nəticələnib. Slovakiyanın 3 zərbəsi qeyri-dəqiq alınıb. 5 zərbəyə isə blok qoyulub. 

Azərbaycanın 1 zərbəsi çərçivəyə ünvanlanıb, 3-ü isə qeyri-dəqiq alınıb. 

Künc zərbələrində də meydan sahibləri üstün olub - 5:1. 

Topa yiyələnmə də Azərbaycan millisi rəqibindən geri qalıb: 39 faiz – 61 faiz. 

Slovakiyalı futbolçuların 674 ötürməsinin 607-si dəqiq alınıb (90 faiz). Azərbaycan millisinin üzvləri isə 372 ötürmənin 294-də dəqiq oynayıblar (79 faiz). 

Oxşar xəbərlər

Misli Premyer Liqasında ən çox dəqiq ötürmə verən komandalar - SİYAHI
Azərbaycan – Lüksemburq - STATİSTİKA
Mahir və Buqrin ilk "3-lük"də - Çempionlar Liqası
Portuqaliya – Azərbaycan matçının ən yaxşısı - Şahruddin Məhəmmədəliyev
Azərbaycan yığması necə çıxış etdi? - STATİSTİKA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər