reklam
Şahmatçılarımız dünya kubokunda bərabərə qaldı
Sportfm.az xəbər saytı

Şahmatçılarımız dünya kubokunda bərabərə qaldı


Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir.

Sportfm.az xəbər verir ki, bu gün dünya kubokunun üçüncü mərhələsinin ilk partiyaları oynanılıb. Belə ki, otuz ikidəbir finalda kişi şahmatçılarımız — Nicat Abasov rusiyalı Andrey Yesipenko, Vasif Durarbəyli isə çexiyalı David Navara ilə heç-heçə ediblər, Şəhriyar Məmmədyarov isə ermənistanlı Haik Martirosyana məğlub olub.

Qadın şahmatçılarımız - Günay Məmmədzadənin iranlı Sarasadat Hademalşarieh, Gülnar Məmmədovanın isə almaniyalı Elizabet Paets ilə on altıdabir finalda oyunları da heç-heçə ilə nəticələnib.

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Oxşar xəbərlər

Şahmatçılarımız dünya kubokunda mübarizə aparır
Şahmatçılarımızın ilk rəqibləri məlum oldu - Dünya Kuboku
Məmmədyarovla Rəcəbov finalda qarşılaşacaqlar
Şahmat üzrə dünya kubokunda birinci partiyalar oynanılacaq
Məmmədyarov dünya kubokunda növbəti qələbəsini qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər