Şahmatçılarımızın ilk rəqibləri məlum oldu -Dünya Kuboku
Azərbaycan şahmatçılarının Rusiyanın Soçi şəhərində keçiriləcək Dünya Kubokunda ilk rəqibləri müəyyənləşib.
Sportfm.az xəbər verir ki, kişilərin yarışında favoritlərdən Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Nicat Abbasov mübarizəyə 1/64 final mərhələsindən başlayacaq. Vasif Durarbəyli isə 1/128 finalda finlandiyalı Dmitri Klyarovla üz-üzə gələcək.
Qadınlar şahmatçılar isə 1/64 finaldan başlayaraq mübarizə aparacaqlar. Bu mərhələdə Türkan Məmmədyarova Lisandro Teresa Ordas Valdes (Kuba), Gülnar Məmmədova Narva Mai (Estoniya), Ülviyyə Fətəliyeva Padmini Routla (Hindistan) qarşılaşacaq. Günay Məmmədzadə isə ilk görüşünü 1/32 finalda keçirəcək.
Şahmat üzrə Dünya Kuboku
Kişilər
1/128 final
Vasif Durarbəyli - Dmitri Klyarov (Finlandiya)
Qadınlar
1/64 final
Türkan Məmmədyarova - Lisandro Teresa Ordas Valdes (Kuba)
Gülnar Məmmədova - Narva Mai (Estoniya)
Ülviyyə Fətəliyeva - Padmini Rout (Hindistan)
Qeyd edək ki, iyulun 10-da start götürəcək Dünya Kuboku avqustun 8-dək davam edəcək. Yarışa 206 kişi, 103 qadın şahmatçı qatılacaq.
Oxşar xəbərlər
Rəcəbov Məmmədyarova qarşı - Shusha Chess 2022
Rusiya və Fransa bizdən üstün oldu - Dünya çempionatı
Azərbaycan yığması heç-heçə ilə başladı - Dünya çempionatı
Şahmatçılarımız dünya kubokunda mübarizə aparır
Millimizin heyəti açıqlandı - Dünya Kuboku
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası