• 22:36 Çərşənbə
    1 Fevral 2023
  • OLİMPİZM
  • Voleybol
  • Futbol
  • Güləş
  • Cüdo
  • Boks
  • Futzal

  • Uşaq futbolu
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
    • Footvolley
    • Teqball
reklam
reklam
Şəhriyar Rəhimov:

Şəhriyar Rəhimov: "İstəyimiz yenə Avropa Liqasında çıxış etməkdir"

"Kəpəz”in əsas komandasının futbolçusu Şəhriyar Rəhimovun klubun rəsmi saytına müsahibə verib.
 
Sportfm.az yarımmüdafiəçinin müsahibəsini sizlərə təqdim edir:

- Şəhriyar, əvvəlcə komandanın mövsümün ilk yarısındakı çıxışı haqda fikirlərini öyrənmək istərdim.
- Təbii ki, nəticələr baxımından istədiyimiz kimi çıxış edə bilmədik. Amma bu o demək deyil ki, çempionatda pis oynamışıq. Yaxşı futbol sərgiləyib, uğurlu nəticələr qazana bilmədiyimiz oyunlar olub. Məhz bu səbəb daha çox xal toplamağımızı əngəlləyib. Xal ehtiyatımız az olsa da, fasilədən sonra həm yaxşı çıxış etməyə, həm də bizi qane edəcək nəticələr qazanmağa çalışacağıq. 

- "Kəpəz”in kubok mübarizəsi haqda nə demək olar? 
- Ölkə kubokunda ilk mərhələdə Qusar "Şahdağ”ını mübarizədən kənarlaşdırdıq. Rəqib aşağı liqa təmsilçisi olduğundan onlara qarşı matçda çox da əziyyət çəkmədik. Bunu açıq demək lazımdır. Növbəti mərhələdə isə rəqibimiz daha güclü idi. Premyer Liqanın iddialı klubu "İnter” ilə qarşılaşdıq. Hamı Bakı komandasının gücünə bələddir. Məncə, biz səfərdə iki top fərqi ilə uduzmaqla cütün taleyini rəqibin xeyrinə həll etmiş olduq. Gəncədə nə qədər çalışsaq da, qarşıya qoyulan tapşırığın öhdəsindən gələ bilmədik. Üstünlük tərəfimizdə olduğundan rəqibə təzyiq etdik, qol vurmağa səy göstərdik, amma alınmadı. "İnter” müdafiədə səhvə yol vermədi.

- Elə "İnter” ilə çempionat matçları da maraqsız keçmədi.
- Həm qalib gəldiyimiz, həm də uduzduğumuz oyunlar arasında yadda qalan matçlar az olmadı. "İnter” ilə ilk dövrədə keçirilən və 2:2 hesablı heç-heçə ilə başa çatan görüşün nəticəsi bizi çox məyus etdi. Bu oyunda yaxşı oynadıq, hesab da oyun sonuna kimi bizim tərəfimizdə idi, 2:1 udurduq. Amma final fitinə az qalmış qol buraxdıq, belə oyunlar adama təsir edir. 

- Çempionatda "Neftçi”yə uduzduğunuz oyunda təəssüflənmədiniz?
- Düzdür, hər bir məğlubiyyət acı olur. Çempionatın ilk yarısında "Neftçi” yaxşı çıxış etmirdi deyə hamı onlarla oyunda bizdən qələbə gözləyirdi. Bakılılar hamıya uduzurdusa bu o demək deyil ki, bizə də məğlub olmalı idilər. Hamı "Neftçi”ni zəif görürdü, amma klubun adı, tarixi var. Təkcə komandanın adı bəsdir. Həmin oyunda qol vəziyyətlərimiz oldu, sadəcə, yararlana bilmədik. Rəqib isə bizim səhvlərimizdən istifadə etməyi bacardı. Əlbəttə, məğlubiyyətə layiq deyildik və buna görə hirslənmişdik. 

- Avropa Liqasına yollanmaq yolunda "Kəpəz”i ciddi rəqabət gözləyir. Fikrincə, əsas rəqiblərimiz hansı klublar olacaq?
- Turnir cədvəlindəki ilk pillələrdə olan "Qarabağ”, "Qəbələ” və "İnter”i çıxmaq şərti ilə digər komandalar Avropa Liqasına vəsiqə verən 4-cü yer uğrunda mübarizə aparacaq. Transferlərlə heyətini gücləndirən "Neftçi” də rəqiblərimiz arasındadır. Onlar da yəqin ki, qarşılarına ciddi məqsədlər qoyublar. Ona görə düşünürəm ki, bizi mövsümün ikinci hissəsində çətin mübarizə gözləyir. 

-  "Kəpəz” yenə qitə turnirinə yollana biləcək? Nə düşünürsən? 
- Öncədən nəsə demək olmaz. Amma bunun reallaşması üçün var gücümüzü ortaya qoyacağıq. Bütün imkanlarımızı səfərbər edib, buna çalışacağıq. Nəyə nail olacağımızı zaman göstərəcək. İstəyimiz yenə Avropa Liqasında çıxış etməkdir. Bunun üçün də şansımız var. Yalnız maksimum güc sərf etməklə arzumuza nail ola bilərik. Hər şey öz əlimizdədir, yaxşı nəticələr qazansaq, istəyimiz həyata keçəcək.
 
- İstərdim ki, çıxış etdiyin mövqe haqda danışaq. Bu gün komandanın müdafiə xəttində problemlər var? 
- Mən deməzdim ki, problemlərimiz var. Hücumdan başlamaq istərdim, çünki qol vurmaqda çətinlik çəkirik. Yetərincə qol epizodları yaratmağımıza baxmayaraq, çempionatda az top vurmuşuq. Son nöqtəni qoya bilmirik. Bunun nə ilə bağlı olduğunu dəqiq deyə bilmərəm. Hücum qururuq, rəqib qapısına yaxınlaşırıq. Lakin fərqlənə bilmirik. Heç bir epizod yara bilməsəydik, hücumda problemin olduğunu söyləmək olardı. Müdafiəyə gəlincə, ilk "3-lük”də yer alan komandalardan sonra ən az top buraxan bizik. Ona görə müdafiədə ciddi çatışmazlığın olduğu görünmür. 

- Müdafiə xəttində zədə səbəbindən uzun müddət Şəhriyar Əliyevin oynamaması komandaya təsir etdi?
- Dəqiq demək olmur. Çünki onun yoxluğunda sonuncu müdafiəçi mövqeyində Azad Kərimov və Tural Nərimanov oynadı. Onların pis təsir bağışladığını demək olmaz. Çıxıb normal futbol oynadılar. Sadəcə, ola bilər ki, Şəhriyarın da daxil olduğu müdafiədə daim oynayan dördlüyümüz uzun müddət bir yerdə çıxış etdiyindən anlaşma daha yaxşıdır. Bu mənada Əliyevin yeri görünə bilər. Amma fərdi planda digər komanda yoldaşlarımız da onu layiqincə əvəz edə bildilər. 
скачать dle 10.4 UTF-8Forex для начинающих

21-01-2017
901
REKLAM
Biz İzləyin
Bizi Telegram-da oxuyun və İzləyin.
Bizi Twitter-da oxuyun və İzləyin.
Bizi İnstagram-da oxuyun və İzləyin.
Bizi Facebook-da oxuyun və İzləyin.
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
2-05-2017
Elmir Vəliyev:
Elmir Vəliyev:"Əvvəldən belə mübarizə aparsaydıq..."
11-04-2017
Tural Axundov: “İki dəfə fərqlənəcəyimi gözləmirdim”
Tural Axundov: “İki dəfə fərqlənəcəyimi gözləmirdim”
10-04-2017
Qara Qarayev:
Qara Qarayev:"Hələ ki, müqavilə haqda danışmamışıq"
25-02-2017
"Kəpəz"in müdafiəçisi: "Sonuncu dəfə nə vaxt xal qazandığımız yaddan çıxmışdı"
21-02-2017
"Kəpəz"in futbolçusu:"Rəqibin “Neftçi” olması həvəsimizi daha da artırmışdı"
15-02-2017
"Kəpəz"in qapıçısı: "Komandaya elə-belə gəlməmişəm"
6-02-2017
Julien Ebah: “Nəticələr bizi məyus edir”
Julien Ebah: “Nəticələr bizi məyus edir”
3-02-2017
“Kəpəz”in futbolçusu: “Son qarşılaşmadan dərs götürmüşük”
“Kəpəz”in futbolçusu: “Son qarşılaşmadan dərs götürmüşük”
31-01-2017
"Kəpəz"in futbolçusu: "Bütün heyət şokdan ayıla bilmədi"
27-01-2017
Zdenek Folprext:
Zdenek Folprext: "Oyunumla fanatların yaddaşında qalmağa çalışacağam"
20-01-2017
"Kəpəz"in futbolçusu: "Biz yenidən Avropa Liqasına getmək istəyirik"
11-01-2017
"Kəpəz”in əvəzedici heyətinin kapitanı: “Uşaqlara yaxşı nümunə olmalıyıq”
24-12-2016
Şahin Diniyev:
Şahin Diniyev:"İndi turnir cədvəlində daha yaxşı yerdə idik"
13-12-2016
Tural Nərimanov: “Cütün taleyi Gəncədə həll olunacaq”
Tural Nərimanov: “Cütün taleyi Gəncədə həll olunacaq”
22-11-2016
Tural Nərimanov:
Tural Nərimanov: "Futbolda asan heç nə yoxdur"
  Xəbər lenti
11-ci turun hakim təyinatları məlum oldu - Yüksək Liqa 1.02.2023, 22:11
"Emin Mahmudov nümunəvi oyunçudur" - Regekampf 1.02.2023, 21:52
"Biz bilmirik?" - Rəşad Sadıqov 1.02.2023, 21:30
"Neftçi" "Zirə"yə qalib gəldi - Misli Premyer Liqası 1.02.2023, 19:32
"Qəbələ" 0-3 "Sabah" - VİDEO 1.02.2023, 18:15
Millinin voleybolçusu "Azərreyl"də 1.02.2023, 17:58
Dani Alveş boşanır 1.02.2023, 16:50
Daha bir cüdoçumuz Böyük Dəbilqəni buraxacaq 1.02.2023, 15:40
Konte təcili əməliyyata alındı - Öd kisəsi götürüləcək 1.02.2023, 15:21
BÜTÜN XƏBƏRLƏR
Misli Premyer Liqası
№ Komanda o x
1 Qarabağ  20 56
2 Sabah 20 49
3 Neftçi 20 41
4 Zirə 20 31
5 Qəbələ  20 26
6 Turan 20 17
7 Şamaxı 20 16
8 Sumqayıt  20 15
9 Səbail  20 13
10 Kəpəz 20 13
Ətraflı
5-01-2023
"Həmin qətl hadisəsindən sonra istər valideynlər, istərsə də, idmançılar sarsıntı keçirirdi" - MÜSAHİBƏ
11-01-2023
Azərbaycanda uşaq futboluna dair önəmli vəsait
Azərbaycanda uşaq futboluna dair önəmli vəsait
19-01-2023
Azərbaycanda valideynlərin hesabına yaşayan futbol klubu -
Azərbaycanda valideynlərin hesabına yaşayan futbol klubu - DİQQƏT
27-01-2023
"Leon Baku" FC güclənir - Uşaq futbolu
3-01-2023
Azərbaycanda hansı stadion Pelenin adına olacaq?
Azərbaycanda hansı stadion Pelenin adına olacaq?
3-01-2023
Təmkin Xəlilzadə yeni klubda
Təmkin Xəlilzadə yeni klubda
21-01-2023
Vüqar Nadirov özünə yaraşmayan yerdə -
Vüqar Nadirov özünə yaraşmayan yerdə - Rəylər
10-01-2023
"Sabah"ın baş məşqçisi PRO dərəcəsi aldı
17-01-2023
“Misli”nin Azərbaycanda fəaliyyətə başlamasından 1 il keçir
“Misli”nin Azərbaycanda fəaliyyətə başlamasından 1 il keçir
17-01-2023
Əvəzedicilər Divizionda oynamayacaq -
Əvəzedicilər Divizionda oynamayacaq - Çempionat bərpa olunur
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz-Naxçıvan 13 37
2 EKOL 13 30
3 Neftçi İK 13 25
4 Baku Fire 13 22
5 Record club.az 13 12
6 Alyans 13 12
7  U-19 13 9
8 Xilə 13 6
       
       
Ətraflı
№ Komanda o x
1 Araz Naxçıvan 5 15
2 MOİK 5 11
3 Turan Tovuz-2 4 9
4 Qəbələ-2 5 9
5 Neftçi-2 4 9
6 Qarabağ-2 5 7
7 Zirə-2 4 7
8 Şamaxı-2 5 7
9 Qaradağ Lökbatan 5 6
10 Mingəçevir 5 6
11 Səbail-2 4 6
12 Zaqatala 5 6
13 Sumqayıt-2 4 3
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb