Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Belarusun baş məşqçisi: "Azərbaycan yığması həqiqətən güclü komandadır"
"Ümumilikdə, yaxşı oyun oldu. Bəxtimizin gətirdiyi, eləcə də, şanssız olduğumuz məqamlar vardı. Azərbaycan həqiqətən güclü komandadır. Turnirin əvvəlindən bu komandanın oyununu izləyərkən, qarşılaşacağımız təqdirdə böyük çətinliklərlə üz-üzə qalacağımızı ehtimal edirdik".
Sportfm.az xəbər verir ki, bu sözləri 19 yaşadəki futbolçulardan ibarət Belarus millisinin baş məşqçisi Roman Kirenkin Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirə turnirində yığmamıza uduzduqları oyundan (əsas vaxt - 1:1, penaltilər seriyası - 4:5) sonra deyib.
"Rəqibimizin xüsusilə topla düzgün davranışını qeyd etmək istərdim. Texniki baxımdan bizdən üstün idilər. Belə komanda ilə qarşılaşmaq çox xoşdur. Səhvlərimiz oldu, üzərində işləyəcəyik. Azərbaycan yığmasını qələbə münasibətilə təbrik edirəm. Turnirin təşkilatçılarına minnətdarlığımı bildirirəm” - deyə o bildirib.
Oxşar xəbərlər
“Qarabağ” güclü komandadır" - Millinin baş məşqçisi
Təbriz Həsənov: "Bizim üçün həddindən artıq ağır oyun oldu"
Təbriz Həsənov: "Turnir bizim üçün çox əhəmiyyətlidir"
Millimizin rəqibləri məlum oldu
Roman Qriqorçuk: "Bu matç iki həftə əvvəl olsaydı..."
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası