Sumoçumuz qızıl medal qazandı -Dünya çempionatı
Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən sumo və kəmər güləşi üzrə dünya çempionatında iştirak ediblər.
Sportfm.az xəbər verir ki, gənclər və böyüklər arasında keçirilən yarışda iştirak edən Camal Feyziyev sumo üzrə mütləq çəki dərəcəsində və kəmər güləşində bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. Təmsilçimiz 115 kiloqram çəki dərəcəsində isə bürünc medala yiyələnib.
Sumo üzrə 21 yaşadək olan digər idmançılarımızdan Sadiq Əliyev və Vəliş Hacıyev bürünc medal qazanıblar. 23 yaşlı idmançılardan isə Kamal Ələsgərov üçüncü yerə çıxıb.
Kəmər güləşində isə Vəliş Hacıyev və Xəyyam Abdullayev bürünc medalla kifayətləniblər.
Yığma komandamız bu nəticə ilə yarışda ikinci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Yığmamız Qızıl kəmər seriyasında ikinci oldu - UĞUR
Cüdoda ikinci qızıl medal - MDB Oyunları
Kəmər güləşi və yenilməz Sənubər - I MDB Oyunları
İdmançılarımız dünya çempionatında dörd medal qazandı - FOTO
Azərbaycan sumoçusu beynəlxalq turnirin qalibi oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası