reklam
İdmançılarımız dünya çempionatında dörd medal qazandı -
Sportfm.az xəbər saytı

İdmançılarımız dünya çempionatında dörd medal qazandı -FOTO


Azərbaycan Budo Döyüş Növləri Federasiyasının komandası Milanda keçirilən dünya çempionatında dörd medal qazanıb.

Sportfm.az xəbər verir ki, ölkəmizi mundialda səkkiz idmançı təmsil edib. Yarışda 71 kiloqram çəki dərəcəsində çıxış edən İbrahim Məmmədov K-1 növündə bütün rəqiblərini məğlub edərək qızıl kəmər qazanıb. Bu versiya üzrə mübarizə aparan Xəyal Cəmilbəyli (80 kq) və Fərqanə Saxrayeva (58 kq) hər ikisi finalda uduzaraq gümüş medalla kifayətləniblər. Fariz Nəbiyev (88 kq) isə bürünc medala sahib olub.

İdmançılarımız çempionatda Azərbaycan Budo Döyüş Növləri Federasiyasının təsisçisi, böyük usta, döyüş növləri üzrə fəlsəfə doktoru, 10-cu dan qara kəmər sahibi Faiq Rəfiyevin rəhbərliyi ilə iştirak edib.

Dünya çempionatında 40 ölkədən 532 idmançı mübarizə aparıb.

Oxşar xəbərlər

Bir ad - iki federasiya - Birləşdilər
Sumoçumuz qızıl medal qazandı - Dünya çempionatı
İdmançılarımız dünya çempionatında uğurla çıxış etdi - FOTO
Paralimpiyaçılarımız Avropa çempionatında daha iki medal qazandı - FOTO
Uşu-sandaçılarımız dünya çempionatında 3 qızıl və 1 gümüş medal qazanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər