reklam
Cüdoda ikinci qızıl medal -
Sportfm.az xəbər saytı

Cüdoda ikinci qızıl medal -MDB Oyunları


Cüdoçularımız Kazanda keçirilən birinci MDB Oyunlarında 2 qızıl və 1 gümüş və 4 bürünc medal qazanıblar.

Sportfm.az xəbər verir ki, Azərbaycanın qadın cüdoçusu Səbinə Əliyeva final görüşünə çıxıb. 52 kq çəki dərəcəsində yer alan Əliyeva həlledici qarşılaşmada belaruslu Anna Burakovaya rəqib olub. Görüş onun ipponla qələbəsi ilə yekunlaşıb.

Daha əvvəl 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov finalda komanda yoldaşı Rövşən Əliyevi məğlub edərək qızıl medal qazanıb. Rövşən Əliyev isə gümüş medalla kifayətlənməli olub.

Qeyd edək ki, bu gün cüdoçularımızdan Camal Feyziyev (+100 kq), Şəfəq Həmidova (48 kq), Elçin Hüseynov (66 kq) və Murad Fətiyev (81 kq) bürünc medallar qazanıblar.

Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək yarışlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Atletlərimiz badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9) və muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.

Oxşar xəbərlər

Stolüstü tennisçilərimiz iki medal qazandı - MDB Oyunları
Azərbaycan idmançıları Kazana gəldi - MDB Oyunları
Sumoçumuz qızıl medal qazandı - Dünya çempionatı
Azərbaycan atletləri idmanın hansı növlərində mübarizə aparacaqlar?
Güləşçilərimiz dünya çempionatında 10 medal qazanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər