reklam
Cüdoçularımız olimpiadaya hazırlaşır -
Sportfm.az xəbər saytı

Cüdoçularımız olimpiadaya hazırlaşır -Bakıda


Azərbaycanın cüdo üzrə kişilərdən ibarət milli komandasının üzvləri Bakıda təlim-məşq toplanışını davam etdirir.

Sportfm.az xəbər verir ki, iyunun ortalarından əvvəlcə Şahdağ, sonra isə Bakıda keçirilən hazırlıq prosesini Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi də yaxından izləyir.

Cüdoçular dəniz kənarında, eləcə də Şağandakı Olimpiya İdman Kompleksində məşq edərək fiziki və taktiki hazırlıqlarını yüksəldirlər. Millinin toplanışında bütün aparıcı cüdoçular iştirak edirlər. Kəramət Hüseynov (60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66), Rüstəm Orucov (73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) baş məşqçi Ruslan Maşurenko ilə böyük məşqçi Elxan Məmmədovun nəzarəti altında fiziki yükləmələrlə məşqləri davam etdirirlər.

Qeyd edək ki, cüdo üzrə milli komanda Tokio Yay Olimpiya Oyunlarına hazırlaşır. Cüdoçular 1 - 10 iyulda Xorvatiyanın Poreç şəhərində keçiriləcək beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar. Oyunlar 23 iyul - 8 avqustda keçiriləcək.

Oxşar xəbərlər

Olimpiadada çıxış edəcək cüdoçularımız - SİYAHI
Azərbaycan cüdo tarixində bir ilk - Bütün çəkilərdə lisenziya
Güləşçilərimiz Avropa çempionatına Göygöldə hazırlaşır
Cüdoçularımız Çexiyada təlim-məşqləri davam etdirirlər
Cüdoçularımız İspaniyada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər