reklam
Tokio Olimpiadasında azarkeş olacaqmı? -
Sportfm.az xəbər saytı

Tokio Olimpiadasında azarkeş olacaqmı? -Sualın cavabı


Tokio-2020 Yay Olimpiya Oyunlarında hər yarışda iştirak edə biləcək azarkeş sayı açıqlanıb.

Sportfm.az Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, arenaların ümumi tutumunun 50 faizi qədər tamaşaçıya icazə veriləcək. Lakin bu halda ümumi say 10 min nəfəri keçməməlidir.

Bu, dövlətin kütləvi tədbirlərə qoyduğu məhdudiyyətlərlə əlaqədardır. Yoluxma artsa və tibbi xidmətin sayı çoxalsa, dərhal beştərəfli komissiya gələcək addımları müzakirə etmək üçün bir araya gələcək. 

Yay Paralimpiya Oyunları ilə bağlı qərar isə iyulun 16-dək açıqlanacaq. 

Qeyd edək ki, olimpiadanın 23 iyul - 8 avqustda, paralimpiadanın 24 avqust - 5 sentyabrda keçirilməsi planlaşdrılıb.

Oxşar xəbərlər

Açılış mərasimi azarkeşsiz keçiriləcək - Tokio-2020
Çingiz Hüseynzadəyə peyvənd olundu - Proses başlandı
Olimpiya və Paralimpiya Oyunlarının açılışları ayrı keçiriləcək - Təşkilatçılar belə uyğun bildi
Dünya çempionatı təxirə salındı - Paralimpiya Oyunlarına görə
Olimpiya və Paralimpiya komitələri arasında memorandum imzalandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər