reklam
Açılış mərasimi azarkeşsiz keçiriləcək -
Sportfm.az xəbər saytı

Açılış mərasimi azarkeşsiz keçiriləcək -Tokio-2020


Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi azarkeşsiz keçirilə bilər.

Sportfm.az xəbər verir ki, tədbirə yalnız sponsor şirkətlərin nümayəndələrinin, eləcə də siyasətçilərin və diplomatların girişinə icazə veriləcəyi gözlənilir. 

Təşkilat Komitəsi bu həftə Yaponiyaya gələcək Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Thomas Bax ilə sözügedən məsələni müzakirə edəcək.

Daha əvvəl olimpiadaya əcnəbi tamaşaçıların buraxılmayacağı bildirilib. Yerli sakinlər üçün isə bütün idman qurğularının ümumi tutumunun 50 faizi qədər azarkeşin iştirakına icazə veriləcək.

Qeyd edək ki, Tokio olimpiadası 23 iyul - 8 avqustda keçiriləcək.

Oxşar xəbərlər

Tokioda qanqaraçılıq davam edir - 12 nəfər virusa yoluxdu
Nazir açıqladı - Tokio-2020 azarkeşsiz keçiriləcək
Tokio Olimpiadasında azarkeş olacaqmı? - Sualın cavabı
Bakıdakı oyunlarda tamaşaçı iştirakına icazə verildi - AVRO-2020
Tokio olimpiadası ləğv edilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər