Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Kənan Abdullazadə ilk mərhələdə türkiyəli həmkarı üzərində əzmkar qələbə qazanıb. Həmyerlimiz daha sonra erməni rəqibini "tuşe" ilə xalçadan məyus yola salıb.
Fərid Baxışlı debütdə estoniyalı güləşçiyə tam üstünlüklə qalib gəlib.
Cocu Səmədov 1/8 finalda belaruslu rəqibinə uduzub.
48 kq
1/4 final: Fəraim Mustafayev – Oliver Qrauen (Estoniya)
55 kq
Təsnifat: Fərid Baxışlı – Yuhan Kristyuhan (Estoniya) 9:0
1/8 final: Fərid Baxışlı - Luka Musman (Almaniya)
65 kq
Təsnifat: Kənan Abdullazadə - Nihat Kara (Türkiyə) 3:2
1/8 final: Kənan Abdullazadə - Aşot Xaçatryan (Ermənistan) 7:3 (tuşe)
1/4 final: Kənan Abdullazadə - İmed Xudzadze (Ukrayna)
80 kq
1/8 final: Cocu Səmədov – Maksim Masiukeviç (Belarus) 5:7
Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Güləşçilərimiz 1/4 finalda -Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
















Misli Premyer Liqası