Üç güləşçimiz yarımfinalında -Avropa çempionatı
Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı sona yaxınlaşır.
Sportfm.az xəbər verir ki, altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq-da yer alan yunan-Roma güləşçiləri xalça üzərinə çıxıb.
Mübarizəyə 1/4 finaldan qoşulan Rahim Həsənov çexiyalı idmançıya vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib.
Pərviz Dadaşov 1/8 finalda yerli idmançıya uduzub.
Fərid Xəlilov təsnifat mərhələsində gürcü rəqibi üzərində inamlı qələbə qazanıb. Xəlilov Moldova təmsilçisinə də eyni aqibəti yaşadıb. Ermənistan güləşçisini də xalçaya çıxmağa peşman edən Fərid adını yarımfinala yazdırıb.
Ruslan Nurullayev debütdə alman həmkarına elə ilk hissədə tam üstünlüklə qalib gəlib. Nurullayev Serbiya güləşçisini də xalçadan erkən məyus yola salıb. Ruslan Gürcüstan pəhləvanının da öhdəsindən gəlməklə yarımfinala vəsiqə qazanıb.
Cavidan Nuri startda macar rəqibini yolundan kənarlaşdırıb. Ancaq 1/4 finalda belaruslu güləşçiyə məğlub olub.
Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
45 kq
1/4 final: Rahim Həsənov – Filip Çapka (Çexiya) 8:0
1/2 final: Rahim Həsənov - Anri Xozrevanidze (Gürcüstan)
51 kq
1/8 final: Pərviz Dadaşov – Borislav Kirilov (Bolqarıstan) 3:6
60 kq
Təsnifat: Fərid Xəlilov – Rati Xozrevanidze (Gürcüstan) 13:5
1/8 final: Fərid Xəlilov - Oleq Bajura (Moldova) 11:2
1/4 final: Fərid Xəlilov - Rostom Makiçyan (Ermənistan) 8:0
1/2 final: Fərid Xəlilov - Enes Ülkü (Türkiyə)
71 kq
Təsnifat: Ruslan Nurullayev – Tom Stoll (Almaniya) 9:0
1/8 final: Ruslan Nurullayev - Miloş Peroviç (Serbiya) 8:0
1/4 final: Ruslan Nurullayev - Tornike Mikeladze (Gürcüstan) 5:2
1/2 final: Ruslan Nurullayev - Alperen Berber (Türkiyə)
92 kq
1/8 final: Cavidan Nuri – Kriştian Kis (Macarıstan) 5:0
1/4 final: Cavidan Nuri - Abubakar Xaslaxanov (Belarus) 1:5
Oxşar xəbərlər
Avropa çempionumuz finalda - Azərbaycan çempionatı
Güləşçimiz ermənini məğlub etdi - Avropa çempionatı
Azərbaycan güləşçilərinin rəqibləri müəyyənləşdi - SİYAHI
İki qızıl və bir bürünc medal şansı - Avropa çempionatı
Dörd güləşçimiz yarımfinalda - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası