Sənan Qurbanov qorxuya düşüb:“Rəqibimiz çox güclüdür”
“Potensial rəqiblərdən ən güclüsü düşdü. Bildiyiniz kimi, “Soçi” Rusiya Premyer Liqasında çıxış edir. İstənilən halda, rəqibin kimliyindən asılı olmayaraq, inanımız heç zaman itməməlidir".
Sportfm.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Rusiyanın "Soçi" klubuna rəqib olmaları barədə klubun rəsmi saytına açıqlamasında deyib.
41 yaşlı mütəxəssis UEFA Konfrans Liqasında çıxış etdiklərinə görə çox xoşbəxt olduğunu bildirib: "Belə görünə bilər ki, “Soçi” komandası bizə rəqib olduğuna görə məyus olmuşuq, ancaq bu, belə deyil. Biz çalışacağıq ki, mərhələni keçək. Ən əsası odur ki, inamımız daim bizimlədir”.
Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 22-də, cavab görüşləri isə bir həftə sonra olacaq.
Oxşar xəbərlər
Konfrans Liqasında debüt
"Qəbələ" üçün Macarıstan klubu - Konfrans Liqası
"Təcrübənin bizə kömək olacağını düşünürəm" - Ayxan Abbasov
Qurban Qurbanov: "Azarkeşlərimizi sevindirmək istəyirik”
"Bizə ən gözlənilməz rəqib düşdü” - Qurban Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası