reklam
Ronaldo tarix yazdı -
Sportfm.az xəbər saytı

Ronaldo tarix yazdı -AVRO-2020


Futbol üzrə Avropa çempionatının F qrupunda mübarizəyə start verilib.

Sportfm.az xəbər verir ki, qrupun ilk matçında turnirin ev sahiblərindən Macarıstan millisi son çempion Portuqaliyaya məğlub olub - 3:0. 

Matçda hər üç qol 2-ci hissədə vurulub. 84-cü dəqiqədə Rafael Gerreyro, 3 dəqiqə sonra Kriştianu Ronaldo rəqib qapısına yol tapıb. Qarşılaşmada son nöqtəni də Ronaldo qoyub. O, əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə komandasının üstünlüyünü 3 topa çatdırıb. Beləliklə, bu görüşdə dubl edən hücumçu 11 qolla turnirin tarixində ən sərrast oyunçu ünvanını ələ keçirib. O, 9 qolu olan Fransa millisinin sabiq forvardı Mişel Platinini geridə qoyub. 

Bundan başqa, start heyətində meydana çıxan 36 yaşlı forvard 5 Avropa çempionatında forma geyinən futbolçu kimi tairxə düşüb.

Oxşar xəbərlər

Ronaldo “Ginnesin rekordlar kitabı”na düşdü - Azərbaycanlı oyunçunu keçdi
Avropa çempionatının bombardiri - Kriştianu Ronaldo
Kristiano Ronaldodan yeni rekord - Ən çox qol vuran futbolçu
Yığmamız seçmə mərhələyə qələbə ilə yekun vurdu - Avropa çempionatı
EURO 2016: Ronaldo rekorda şərik oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər