Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qurban Qurbanov: "Bu oyunun qələbəylə bitməsi də bizim üçün daha faydalı oldu"
"Qarabağ"ın Antalyada qış təlim-məşq toplanışını davam etdirir.
Sportfm.az xəbər verir ki, komanda ikinci yoxlama matçında Rumıniyanın "Styaua" klubunu 2:0 hesabıyla məğlub edib. Ağdamlıların baş məşqçisi Qurban Qurbanov qarşılaşma haqda fikirlərini bildirib: "Maraqlı oyun alındı. Hər bir oyunda nəticələr vacibdi. Bu oyunda da nəticə bizi qane etdi. Bu qarşılaşmada yaxşı çıxış etdik. Futbolçular verdiyimiz tapşırıqları aldılar və yerinə yetirdilər. Bu oyunun qələbəylə bitməsi də bizim üçün daha faydalı oldu.
Rəşad Sadıqovun zədəsi isə ciddi görünmür, amma yekun durum sabah tibbi müayinədən sonra məlum olacaq. Muarem Muarem isə əvəzlənməyi özü istədi. Ümid edirəm ki, ciddi bir şey yoxdu. Belə oyunlar təhlükəlidi, fiziki yükləmələr bəzən zədələrə səbəb olub. Təlim-məşq toplanışında belə zədələrin olması normaldır".
Oxşar xəbərlər
"Hazırlıqlı futbolçuların sayı bizdə daha çox idi" - Qurban Qurbanov
"Amma onun potensialı bu deyil" - Qurban Qurbanov
Qurban Qurbanov: "Təlim-məşq toplanışından razı qaldım"
Muarem Muarem: "Çempionat oyunları daha çətin olur"
Qurban Qurbanov: "Bu gün futbolçularımın istəkli olması vacib idi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası