Azərbaycan daha bir şərhçini blokladı, birini geri göndərdi -AVRO-2020
Rusiyanın Matç TV kanalının şərhçisi Konstantin Qeniç Avro-2020-nin oyunlarına akkreditasiya ala bilməyib.
Sportfm.az xəbər verir ki, bu barədə o, özünün Teleqram səhifəsində bildirib. O, bununla bağlı UEFA-dan məktub aldığını yazıb.
Qitənin ali futbol qurumunun belə qərarına Qeniçin Azərbaycan tərəfindən bloklanması səbəb olub. Qeniç Ermənistan işğalı altında olarkən Dağlıq Qarabağa qanunsuz səfər edib.
Byndan başqa, Rusiyanın “Matç” TV telekanalının şərhçisi Mixail Mossakovski AÇ-2020-nin oyunları üçün Bakıya buraxılmayıb. O, Uels – İsveçrə matçını şərh etmək üçün Bakıya gəlmək istədiyini, lakin Azərbaycana buraxılmadığını deyib:
“Azərbaycana girişimə icazə vermədilər. Uels – İsveçrə oyununu şərh etməli idim. Sərhəddə pasportumda Ermənistan möhürü gördülər və mənə gözləməyimi dedilər. Sonra məni Moskvaya geri qaytardılar".
Qeyd edək ki, bir neçə gün əvvəl Matç TV-nin şərhçilərindən Nobel Arustamyan akkreditasiya üçün müraciət etdiyi UEFA-dan eyni məsələlər ilə bağlı rədd cavabı almışdı. Lakin qitənin ali futbol qurumu sonradan ona Avro-2020 üçün akkreditasiyası verib (Bakı xaric).
Oxşar xəbərlər
İki komanda Bakıya gəlir - AVRO-2020
Azərbaycandan UEFA-ya olumlu cavab - Hər oyuna 50 faiz azarkeş
Rusiyanın tanınmış futbol şərhçisi dünyasını dəyişdi - 59 yaşında
Bakıya birbaşa reys olacaq
AFFA Almaniya klubunun xahişini geri çevirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu















Misli Premyer Liqası