reklam
UEFA prezidenti -
Sportfm.az xəbər saytı

UEFA prezidenti -"60-cı ildönümü üçün əsl bayram olacaq"


"60 illik Avropa çempionatı futbol dünyasında silinməz iz buraxıb. Qitənin ən böyük futbolçularının çoxu bu turnirdə, ümumiyyətlə, Avropa futbol tarixinin zənginləşdirilməsində mühüm və unudulmaz rol oynayıblar. Bu turnirlərin dünyanın hər yerindən olan azarkeşlər üçün bir çox xatirəsi var".

"Sportfm.az" xəbər verir ki, bu fikirləri UEFA prezidenti Aleksander Çeferin AVRO-2020-nin startı ərəfəsində qurumun rəsmi saytına açıqlamasında deyib.

Sloveniyalı funksioner bildirib ki, fanatlar bu yay həmin həyəcanı yenidən yaşayacaqlar: "Milli komandaların oyunu Avropa futbolunda xüsusi yer tutur. Bu, milli kimliyin həyat mənbəyi və birləşdirici amilidir. Çünki bu cür matçlar ölkənin hər yerindən azarkeşləri yığmaya dəstək olmaq üçün bir araya gətirir. Saysız-hesabsız oyunçular millinin formasını geyinməkdən qürur duyur, komanda uğur qazananda həmvətənlərinə böyük sevinc yaşadırlar".

UEFA prezidentinin sözlərinə görə, Avropa çempionatı özündən sonra azarkeşlərin əbədi xatırlayacağı gözəl anlar qoyacaq: "AVRO-2020 nüfuzlu Avropa futbolunun 60-cı ildönümü üçün əsl bayram olacaq. Bundan zövq alın. Qoy, ən yaxşı komanda qalib olsun".

Qeyd edək ki, Avropa çempionatı bu gün Romadakı "Olimpiko" stadionunda keçiriləcək İtaliya - Türkiyə matçı ilə başlayacaq.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Oxşar xəbərlər

Bakıda ilk oyun - AVRO-2020
Futbol üzrə Avropa çempionatı başlayır - İtaliya - Türkiyə
Roma UEFA-ya təminat verdi - Azarkeşlərlə bağlı
"AVRO-2020-ni səbirsizliklə gözləyirəm" - Aleksander Çeferin
Türkiyənin arzusu çin olur! - Avropa Çempionatı qardaş ölkədə?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər