reklam
Sportfm.az xəbər saytı

"AVRO-2020-ni səbirsizliklə gözləyirəm" -Aleksander Çeferin


"2021-ci il çətin, yeni sınaqlarla dolu il olacaq. Amma bizim vəzifəmiz nikbin qalmaq, daim optimal həll yolları axtarmaq və heç vaxt təslim olmamaqdır".

Sportfm.az xəbər verir ki, bu fikirləri UEFA prezidenti Aleksander Çeferin Rusiya Futbol İttifaqının (RFS) onlayn konfransında çıxışı zamanı deyib.

Sloveniyalı funksioner bu il Avropa çempionatının keçirilməsi ilə əlamətdar olacağını deyib: "Buna görə sevincliyəm və turnirin başlamasını səbirsizliklə gözləyirəm. Futbol birdir və bizi birləşdirir"

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Oxşar xəbərlər

Ev sahibliyi Dublindən alındı - AVRO-2020
5 əvəzetməyə icazə verildi - AVRO-2020
50 mindən çox ağac əkildi - AFFA
Avropa çempionatının formatı dəyişmədi - AVRO-2020 AVRO-2020
UEFA təşkilatçı şəhərləri təsdiqlədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər