Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Koreyalı mütəxəssislər Azərbaycandan göndərildi - RƏSMİ AÇIQLAMALAR
Azərbaycanın taekvondo üzrə qadın millisinin baş məşqçisi postunda dəyişiklik baş verib. Cənubi Koreyadan olan mütəxəssis Sun-Mi Park millidən ayrılıb.
Bu barədə Qaynarinfo.Az saytına Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov xəbər verib:
"Federasiyanın İdarə Heyətinin iclasında koreyalı məşqçi ilə yeni müqavilə bağlanılmamasına qərar verildi. Ancaq kişilərdən ibarət komandamızın iranlı baş məşqçisi Reza Mehmandustla yeni müqavilə bağlanıldı. Qadın millimizin baş məşqçisi bundan sonra Elnur Amanov olacaq. O həmçinin kişi millimizdə böyük məşqçi kimi fəaliyyətini davam etdirəcək".
Lakin federasiyanın milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayev isə bildirib ki, Elnur Amanov 1 vəzifəni - qadın millisinin baş məşqçisi funksiyasını icra edəcək. Sabiq taekvondoçumuz onu da bildirib ki, Sun-Mi Parkın köməkçisi də yığmadan ayrılıb: "Sun-Mi Park özü ilə fiziki hazırlıq üzrə məşqçi də gətirmişdi. O gələndən qadınlardan ibarət yığmanın böyük məşqçisi Təvəkkül Bayramov yığmadan uzaqlaşdırılmışdı. İndi hər 2 koreyalı məşqçi yığmadan göndərildiyi üçün böyük məşqçi vəzifəsi boşdur. Elnur Amanov sonradan istəsə, ona köməkçi təyin oluna bilər".
Qeyd edək ki, Sun-Mi Park və Mehman Rezadust 2014-cü ilin sonlarında federasiya ilə 2 illik müqavilə bağlamışdı. Onlar bu vəzifələrdə müvafiq olaraq Gündüz Abdullayev və Ələkbər İmaməliyevi əvəzləyib. Bu hər 2 azərbaycanlı mütəxəssis hazırda federasiyanın İdarə Heyətinin üzvüdür.
Millimizə 1 Olimpiya qızılı, komanda üzrə dünya çempionluğu qazandıran Reza Mehmandustdan fərqli olaraq, Sun-Mi Parkın fəaliyyəti qənaətbəxş deyildi. Əldə etdiyimiz bilgiyə görə, ölkədəki maddi durum fonunda koreyalı mütəxəsisslərə kifayət qədər pul verib büdcəni dağıtmaqdansa, az pula yerli məşqçinin təyin olunması daha məqsədəuyğun hesab edilib.
Səbuhi TOFİQOĞLU
Oxşar xəbərlər
Azərbaycan millisinin heyəti bilindi - SİYAHI
Millimizdə yeni baş məşqçi
Taekvondo yığmasında yeni təyinat
Millimizdə yeni baş məşqçi
Taekvondo və boks yığmalarının baş məşqçilərinin taleyinə aydınlıq gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası