"Qarabağ Azərbaycandır" turnirinin püşkü atıldı -SİYAHI
Azərbaycan İdman Jurnalistləri Federasiyasının "Qarabağ Azərbaycandır" turnirinin püşkü atılıb.
Sportfm.az xəbər verir ki, 8 komanda iki qrupa bölünüb. A qrupunda "Cəbrayıl", "Laçın" "Füzuli" və "Qubadlı", B qrupunda isə "Kəlbəcər", "Ağdam", "Şuşa" və "Zəngilan" kollektivləri yer alıb.
Turnirə iyunun 11-də "Cəbrayıl" - "Qubadlı" və "Kəlbəcər" - "Zəngilan" matçları ilə start veriləcək. Saat 11:00-da isə açılış mərasimi baş tutacaq. Görüşlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçiriləcək.
Qeyd edək ki, yarımfinallar iyunun 19-da, həlledici oyunlar isə 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günündə olacaq.
Qrupların tərkibi və turnirin təqvimi
A qrupu: "Cəbrayıl", "Laçın" "Füzuli", "Qubadlı"
B qrupu: "Kəlbəcər", "Ağdam", "Şuşa", "Zəngilan"
I tur
11 iyun (cümə)
10:00. "Cəbrayıl" - "Qubadlı", "Kəlbəcər" - "Zəngilan"
12:00. "Laçın" - "Füzuli", "Ağdam" - "Şuşa"
II tur
13 iyun (bazar)
10:00. "Cəbrayıl" - "Füzuli", "Laçın" - "Qubadlı"
11:00. "Kəlbəcər" - "Şuşa", "Ağdam" - "Zəngilan"
III tur
15 iyun (çərşənbə)
10:00. "Cəbrayıl" - "Laçın", "Füzuli" - "Qubadlı"
11:00. "Kəlbəcər" - "Ağdam", "Şuşa" - "Zəngilan"
Yarımfinallar
19 iyun (şənbə)
10:00. A qrupunun 1-cisi - B qrupunun 2-cisi
11:00. B qrupunun 1-cisi - A qrupunun 2-cisi
Həlledici oyunlar
26 iyun (şənbə)
10:00. Üçüncü yer uğrunda qarşılaşma
11:00. Final
12:00. Mükafatlandırma mərasimi

Oxşar xəbərlər
Növbəti turun proqramı açıqlandı - Zəfər Kuboku
Zəfər Kubokunun püşkü atıldı - SİYAHI
Finalçılar bilindi - "Qarabağ Azərbaycandır!" turniri
Bakıda "Qarabağ Azərbaycandır!" futbol turniri start götürdü
Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndləri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mingəçevirdə Ramiz Məmmədovu istəmirlər - "İstefa" şüarları
-
"Karvan-Yevlax"ın legionerləri milliyə çağırıldı
-
Xüsusi Olimpiya Komitəsi ilə Cüdo Federasiyası memorandum imzaladı
-
Aşağı Divizion klubları da UEFA-da "pay" alacaq - gəlir bölgüsü dəyişir
-
Belçikadan millimizə 11 qol - Avropa çempionatı
-
“Neftçi”, “Araz-Naxçıvan” və “Şuşa”dan qələbə - Yüksək Liqa














Misli Premyer Liqası