Məhəmmədlə Murad bir-birinə rəqib oldu -Tokio-2020
Tokio Yay Olimpiya Oyunlarında bir çəkidə iki azərbaycanlı boksçu döyüşəcək.
Sportfm.az xəbər verir ki, 91 kq-dan yuxarı çəkidə Olimpiadaya vəsiqə qazanmış 16 boksçu arasında iki azərbaycanlı var.
Bunlardan biri Azərbaycan təmsilçisi Məhəmməd Abdullayevdirsə, digəri II Avropa Oyunlarının gümüş mükafatçısı, Fransanı təmsil edən Murad Əliyevdir.
Murad iyunun 5-də Parisdə keçirilən Avropa Olimpiya Təsnifat turnirinin 1/8 final mərhələsinin birinci raundunda Morten Qivskovu (Danimarka) nokauta salmaqla qalib olub. 25 yaşlı boksçu dünən Giorgi Tçiqladzeyə (Gürcüstan) də qalib gəlməklə yarımfinala vəsiqə qazanıb və ilk dəfə çıxış edəcəyi Olimpiadada iştirakını rəsmiləşdirib.
İndi yarımfinalda Məhəmmədlə Murad bir-birinə rəqib olub. Onlar finala çıxmaq üçün bu gün bir-birini məğlub etməyə çalışacaq.
Qeyd edək ki, Murad Əliyev Moskvada doğulsa da, əslən Bərdə rayonundandır. O daha sonra ailəsi ilə Fransaya köçüb. (oxu.az)
Oxşar xəbərlər
Murad qələbə ilə başladı - Olimpiya Təsnifat turniri
Boksçumuz Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Boksçularımız beynəlxalq turnirin yarımfinalında
Daha bir boksçumuz lisenziya üçün mübarizə aparacaq - Tokio-2020
"Türkiyə bizə dost rəqibdir" - Nəriman Abdullayev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası