reklam
Murad qələbə ilə başladı -
Sportfm.az xəbər saytı

Murad qələbə ilə başladı -Olimpiya Təsnifat turniri


Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb.

Sportfm.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Aleksandar Styepanetiçdən (İsveç) güclü olub.

O, rəqibini vaxtından əvvəl üstələyib – 10:0.

Daha əvvəl Beka Kandelaki (130 kq) və Nihat Məmmədli (60 kq) qələbə qazanıblar, İslam Abbasov (87 kq) isə məğlub olub.

Hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.

Oxşar xəbərlər

Güləşçilərimizdən Olimpiadaya daha 5 lisenziya
Daha bir güləşçimiz lisenziya qazandı - Paris-2024
Güləşçimiz Avropa Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı
Güləşçilərimizin ilk rəqibləri açıqlandı
5 güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər