reklam
Sportfm.az xəbər saytı

"Nəticədə düymə ilişdi və maşını saxlaya bilmədim" -Hemilton


"Formula 1" üzrə "Mercedes" komandasının pilotu Lüis Hemilton Azərbaycan Qran-prisindəki uğursuzluğun səbəbini açıqlayıb.

Sportfm.az xəbər verir ki, yarışı 15-ci sırada tamamlayan britaniyalı sürücü döngəyə daxil olarkən düyməni səhv sıxdığını söyləyib.

7 qat dünya çempionu bildirib ki, "Red Bull"dan Serxio Peres ona yaxınlaşanda özünü itirib: "İçəridə ön əyləcləri işə salan düymə var. Peres yaxınlaşanda özümdən asılı olmayaraq, reaksiya verdim və səhvən açar yerinə toxundum. Nəticədə düymə ilişdi və maşını saxlaya bilmədim. Bolid irəliyə doğru hərəkət etməyə başladı".

Qeyd edək ki, Azərbaycan Qran-prisinin qalibi Serxio Peres olub.

Oxşar xəbərlər

Maks Ferstappen Azərbaycan Qran-prisinin qalibidir
Hamilton Braziliyada qalib oldu - Formula 1
Türkiyə Qran-prisinin qalibi bilindi - Formula 1
"Bakıda Formula 1 yarışları həyəcanlı olur" - Serxio Peres
Serxio Peres Azərbaycan Qran-Prisinin qalibi oldu - Formula 1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər