reklam
U-20 yığmamız bərpa olundu -
Sportfm.az xəbər saytı

U-20 yığmamız bərpa olundu -Baş məşqçilər yerlərini dəyişdi


20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yenidən bərpa olunub.

Sportfm.az xəbər verir ki, Rəşad Sadıqovun gedişindən sonra fəaliyyəti dayandırılan U-20-yə yeni baş məşqçi təyin edilib.

U-21 millisi üçün oyunçu hazırlamaqdan məsul olan bu komandaya Samir Əliyev baş məşqçi təyin olunub. Bu da aşağı yaş qrupu üzrə yığmaların baş məşqçi yerdəyişmələrinə səbəb olub. Yalnız U-21 və əsas yığmaların çalışdırıcıları postunda qalıb.

Digərləri - Aqil Nəbiyev U-16-dan U-17-yə, Miloş Velebit U-17-dən U-18-ə, Elxan Abdullayev isə U-18-dən U-19-a keçid edib. Adıçəkilən mütəxəssislər sərəncamlarında olan oyunçularla birlikdə bir yaş qrupu yuxarı milliyə yüksəlib.

Qeyd edək ki, U-21 yığmamıza Milan Obradoviç, əsas milliyə isə Canni de Byazi rəhbərlik edir. (apasport.az)

Oxşar xəbərlər

Ağatahir Əzimov yeni vəzifəyə təyin olundu
Samir Əliyev millinin sükanı arxasında - Təyinat
Azərbaycan yığmalarının yeni məşqçilər heyəti açıqlandı - SİYAHI
"De Byazi futbolçuları yaxşı tanıyır" - Vaqif Sadıqov
Ölkə futbolunda yeni era - Mühüm qərarlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər