reklam
Teymur Rəcəbov mükafatçılar sırasına düşə bilmədi -
Sportfm.az xəbər saytı

Teymur Rəcəbov mükafatçılar sırasına düşə bilmədi -“The FTX Crypto Cup”


“Champions Chess Tour” onlayn seriyasının “The FTX Crypto Cup” turnirinin qalibi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, norveçli dünya çempionu Maqnus Karlsen finalda ABŞ şahmatçısı Uesli So üzərində qələbə qazanaraq turnirin qalibi olub.

Qeyd edək ki, 3-cü yer uğrunda qarşılaşmada Azərbaycan şahmatçısı Teymur Rəcəbov rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşmada məğlub olaraq mükafatçılar sırasına düşə bilməyib.

“The FTX Crypto Cup” turnirinin mükafat fondunu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində “bitcoin” təşkil edir.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.

 

 

Oxşar xəbərlər

Məmmədyarov Hansenlə qarşılaşacaq - Champions Chess Tour
Rusiyalı şahmatçı ilə xallar yarı bölündü - Çempionlar Turu
Şahmatçılarımız altıncı mərhələdə iştirak edəcək - Çempionlar Turu
Bu gün yarımfinal görüşləri keçiriləcək - Çempionlar Turu
Şahmatçımız “Skillinq Open”də iştirak edəcək - Mükafat fondu 1,5 milyon

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər