"Sumqayıt" 3 milyon avro qazana bilər -Avrokuboklar
UEFA Konfrans Liqasında qrup mərhələsinə yüksələcək komandaların qazanacağı məbləği açıqlayıb.
Sportfm.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, qrupa düşən hər bir klub 2,94 milyon avro gəlir əldə edəcək.
Bundan başqa, qrup mərhələsindəki hər qələbəyə görə 500 000 avro, heç-heçəyə görə 166 000 avro veriləcək. Qrupu lider kimi tamamlayan komanda daha 650 000 avro qazanacaq. Qrup ikinciləri 325 00 avro, 1/16 finala çıxanlar 300 000 avro, 1/8 finala vəsiqə qazananlara isə 600 000 avro ödəniləcək.
Təsnifat mərhələsinin mükafat fondu isə hələ elan olunmayıb.
Qeyd edək ki, Azərbaycanı 2021/2022 mövsümündə Konfrans Liqasında "Qarabağ", "Sumqayıt" və "Keşlə" klubları təmsil edəcək.
Oxşar xəbərlər
Konfrans Liqasının mükafat fondu məlum oldu - 2,94 milyon
UEFA-dan "Qarabağ"a 570 min avro mükafat
"Qarabağ"ın qazancı müəyyənləşdi
Azərbaycan klubu Çempionlar Liqasında qrupa düşsə, nə qədər qazanacaq?
Azərbaycan klublarının Avropa Liqasından qazancı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası