reklam
Divizion klubuna texniki məğlubiyyət -
Sportfm.az xəbər saytı

Divizion klubuna texniki məğlubiyyət -Adı qeyd olunmayan futbolçuya görə


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportfm.az xəbər verir ki, iclasda 1-ci divizionun son – 27-ci turun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

“Kəpəz” – “Sabah-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur;

“Qarabağ-2” – “Qaradağ Lökbatan” oyununda “Qarabağ-2” komandasının futbolçusu Musa Musazadə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, komanda 20 manat cərimələnir;

“Qarabağ-2” – “Qaradağ Lökbatan” oyununda “Qarabağ-2” komandası oyun protokolunu gecikdirdiyi üçün 80 manat cərimələnir;

“Qaradağ Lökbatan” klubu oyun protokolunda adı qeyd olunmayan futbolçunu meydançaya buraxdığı üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir, 400 manat cərimələnir;

“Zaqatala” – “Neftçi-2” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

“Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oxşar xəbərlər

I Divizion klublarının cəzaları açıqlandı - 80 manat
Divizion komandaları cərimələndi - AFFA
Divizion klublarının cəzaları açıqlandı
Premyer Liqamızda klublar cərimələndi - AFFA
Divizion komandaları cərimə edildi - AFFA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər