reklam
Sportfm.az xəbər saytı

"Çempionluğun mümkünsüz olduğunu düşünürdüm" -"Neftçi"nin legioneri


“Neftçi”nin futbolçusu Tallison Dias çempionluqlarını şərh edib.

Sportfm.az xəbər verir ki, braziliyalı müdafiəçi bununla bağlı bağlı İnstaqram hesabında paylaşım edib. O, bəzən çempion olmalarına inanmadığını bildirib: 

“Uğurlarıma görə Allaha borcluyam. Bu yol qələbə ilə başa çatdı, lakin asan olmadı. Bəzən tərəddüd edirdim, müəyyən zamanlarda çempionluğun mümkünsüz olduğunu düşünürdüm.

Çox xoşbəxtəm və minnətdarlıq hissimin izahını verə bilmirəm. İnandığınız şeylər üçün mübarizə aparmağa və taleyimizi Allaha etibar etməyə həqiqətən dəyər”.

Xatırladaq ki, “Neftçi” Azərbaycan Premyer Liqasının sonuncu - 28-ci turunda “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edərək çempion olub.

Oxşar xəbərlər

"Neftçi"dən 500-cü qələbə
"Biz bilmirik?" - Rəşad Sadıqov
UEFA-dan “Qarabağ”la bağlı paylaşım
UEFA “Qarabağ”la bağlı paylaşım etdi
"Çempionlar Liqasının qrupuna düşməyi çox istəyirik" - Bədavi Hüseynov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər