Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi"dən 500-cü qələbə
“Neftçi” Azərbaycan Premyer Liqasının 26-cı turunda “Şamaxı”nı məğlub edib (1:0).
Sportfm.az xəbər verir ki, bu matç “ağ-qaralar” üçün əlamətdar olub. Həmin qələbə sayəsində “Neftçi” Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb.
Bakılılar ölkə çempionatındakı 879-cu matçında 500-ə çatıblar. Paytaxt təmsilçisi evdə 276, səfərdə 217, neytral meydanda 7 dəfə qələbə qazanıb.
Bütün çempionatların iştirakçısı olan “Neftçi” ilk qələbəsini 1992-ci ildə qazanıb. Mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşan paytaxt klubu 1:0 hesabı ilə üstün olub.
“Neftçi” qələbə sayında yalnız “Qarabağ”dan geri qalır. Ağdamlılar 505 dəfə rəqibini məğlub edib.
Oxşar xəbərlər
"Qarabağ" bunu 40-cı dəfə etdi
"Neftçi"dən son 10 ilin rekordu - Premyer Liqa
"Qarabağ"dan 450-ci qələbə
"Neftçi"nin yubiley qələbəsi
“Qarabağ”dan tarixi qələbə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası