reklam
Bürünc medalın sahibi müəyyənləşdi -
Sportfm.az xəbər saytı

Bürünc medalın sahibi müəyyənləşdi -Azərbaycan Premyer Liqası


Bu gün Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə yekun vurulur.

Sportfm.az xəbər verir ki, sonuncu-28-ci turun oyunları eyni gündə keçirilir.

Bürünc mükafatın sahibi də bu gün müəyyənləşib. Üçüncü pillədə yer alan "Zirə" "Sabah"ın qonağı olub və 1:2 hesabı ilə uduzub. Üçüncülük uğrunda yarışan digər komanda - "Sumqayıt" isə "Səbail"i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 39 xalla 3-cü olub. "Zirə" isə 38 xalla 4-cü pillə ilə kifayətlənib. "Sumqayıt" 3-cü yerini sahibi kimi Konfrans Liqasına vəsiqəni təmin edib.
Digər oyunda isə "Keşlə" "Qəbələ"ni qəbul edib. Komanda 3:1 hesablı qələbə qazanıb.

19 may (çərşənbə)

18:00.“Səbail” – “Sumqayıt” - 0:1
Qol: 
Murad Xaçayev, 43
Qırmızı vərəqə: Adil Nağıyev, 90+3-iki sarı vərəqə ("Səbail")
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
“ASCO Arena”

18:00.“Sabah” –“ Zirə” - 2:1
Qollar: 
Ramil Şeydayev, 21 (1:0), Qismət Alıyev, 72 pen. (1:1), Xulio Sezar Rodriqes, 89 (2:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
“Bank Respublika Arena”

18:00.“Keşlə” – “Qəbələ” - 3:1
Qol: 
Şəhriyar Əliyev, 15 (1:0), Silvio Rodriqes, 16 (2:0), Ceyms Adeniyi, 26 (2:1), Vüsal İsgəndərli, 90+6 (3:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Fərid Hacıyev
“ASK Arena"

Oxşar xəbərlər

"Zirə" "Sabah"a, "Neftçi" "Keşlə"yə qarşı - Azərbaycan Premyer Liqası
Çempion kim olacaq? - Azərbaycan Premyer Liqası
"Neftçi" - "Qarabağ" oyununun hakimləri bilindi - Azərbaycan Premyer Liqası
Əliyar Ağayev turun son matçına təyinat aldı
Ponomaryov ilk matçda məğlub oldu, "Səbail" xal itirdi - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər