Çempion kim olacaq? -Azərbaycan Premyer Liqası
Bu gün Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, sonuncu-28-ci turun oyunları eyni gündə keçiriləcək.
Son turda çempionatın qalibi bəlli olacaq. Lider "Qarabağ" səfərdə ikinci pillədəki "Neftçi" ilə qarşılaşacaq. Rəqibindən 1 xal irəlidə olan Ağdam təmsilçisinə çempionluq üçün heç-heçə də bəs edəcək. "Neftçi" isə Premyer Liqanın qalibi olmaq üçün yalnız qələbə qazanmalıdır. Hazırda hər iki komandanın tarixində 8 ölkə çempionluğu var. Qalib olacaq komanda futbol tariximizdə ən çox - 9 dəfə çempion olacaq.
19 may (çərşənbə)
18:00.“Səbail” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
“ASCO Arena”
18:00.“Sabah” –“ Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
“Bank Respublika Arena”
18:00.“Keşlə” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Fərid Hacıyev
“ASK Arena”
20:30.“Neftçi” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (ehtiyat laynsman: Müslüm Əliyev)
“Dalğa Arena”
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 27 | 16 | 9 | 2 | 64-17 | 57 |
| 2 | Neftçi | 27 | 17 | 5 | 5 | 46-25 | 56 |
| 3 | Zirə | 27 | 8 | 14 | 5 | 27-26 | 38 |
| 4 | Sumqayıt | 27 | 9 | 9 | 9 | 29-31 | 36 |
| 5 | Sabah | 27 | 6 | 8 | 13 | 26-37 | 26 |
| 6 | Qəbələ | 27 | 5 | 11 | 11 | 22-41 | 26 |
| 7 | Səbail | 27 | 5 | 9 | 13 | 21-41 | 24 |
| 8 | Keşlə | 27 | 4 | 11 | 12 | 22-39 | 23 |
Bombardirlər:
Namik Ələskərov ("Neftçi") - 19 qol
Mahir Emreli ("Qarabağ") - 18 qol
Filip Ozobiç ("Qarabağ") - 11 qol
Əli Qurbani ("Sumqayıt") - 9 qol
Davit Volkov ("Zirə") - 8 qol
Rəhim Sadıxov ("Sumqayıt") - 8 qol
Abdullah Zubir ("Qarabağ") - 7 qol
Kvabena Ovusu ("Qarabağ") - 7 qol
Oxşar xəbərlər
"Zirə" "Sabah"a, "Neftçi" "Keşlə"yə qarşı - Azərbaycan Premyer Liqası
"Neftçi" - "Qarabağ" oyununun hakimləri bilindi - Azərbaycan Premyer Liqası
"Keşlə" "Sumqayıt"a, "Neftçi" "Səbail"ə qarşı - Premyer Liqa
"Qarabağ" "Zirə"yə, "Sumqayıt" "Sabah"a qarşı - Azərbaycan Premyer Liqası
"Qarabağ" "Səbail"ə, "Neftçi" "Zirə"yə qarşı - Premyer Liqa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası