Tokio-2020 Tokio-2021 oldu! -RƏSMİ
Bu yay Tokioda keçirilməli olan Yay Olimpiya Oyunları koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınıb.
Sportfm.az xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Şinzo Abe məlumat verib.
O, bu gün Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Oyunların Təşkilat Komitəsinin rəhbəri Esiro Mori ilə yarışın təxirə salınması məsələsini müzakirə edib. Şinzo Abe telefon vasitəsilə keçirdikəri konfransda ortaq məxrəcə gəldiklərini bildirib: “Mən cənab Baxa yarışın gələn ilə təxirə salınmasını təkllif etdim. O, mənimlə 100 faiz razıdır” – deyə baş nazir qeyd edib.
Olimpiyadanın gələn il hansı tarixlərdə keçiriləcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməli idi.
Oxşar xəbərlər
İdmançıların 80 faizi peyvəndlənəcək - Tokio-2020
Tokio olimpiadası təxirə salınmayacaq - Təşkilat Komitəsi
"Gələn il Tokio Olimpiadası keçiriləcək" - Tomas Bax
Dünya çempionatı təxirə salındı
"Bu, müdrik və böyük addımdır" - Tramp
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası