reklam
Paralimpiya Oyunları tamaşaçılarsız keçiriləcək -
Sportfm.az xəbər saytı

Paralimpiya Oyunları tamaşaçılarsız keçiriləcək -Tokio-2020


Avqustun 24-dən sentyabrın 5-dək Yaponiyanın paytaxtı Tokio şəhərində XVI Paralimpiya Oyunları tamaşaçılarsız keçiriləcək.

Sportfm.az xəbər verir ki, bu barədə qərar Paralimpiya Oyunlarının təşkilat komitəsi, Tokio paytaxt administrasiyası, Yaponiya hökuməti və Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) nümayəndələrinin iştirakı ilə keçirilən iclasda qəbul edilib.

Qeyd edək ki, Paralimpiya Oyunlarının Yaponiyanın dörd prefekturasında təşkili planlaşdırılır. Bunlardan üçündə -Tokio, Saytama və Çiba prefekturalarında koronavirus pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib. Şizuoka prefekturasında isə bu vəziyyətin tətbiqi barədə qərarın cümə günündən qüvvəyə minəcəyi gözlənilir.

 

Oxşar xəbərlər

Paralimpiya Oyunlarının məşəli Tokioya gətirildi - Tokio-2020
İdmançıların 80 faizi peyvəndlənəcək - Tokio-2020
Paralimpiya Oyunlarının yeni təqvimi - Dəyişiklik edilmədi
Olimpiya və Paralimpiya Oyunlarının açılışları ayrı keçiriləcək - Təşkilatçılar belə uyğun bildi
Dünya çempionatı təxirə salındı - Paralimpiya Oyunlarına görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər