Olimpiadanın əleyhinə 350 mindən çox imza toplandı -Tokio-2020
Yapon vəkil və siyasətçi Kenci Utsunomiyanın təşəbbüskarı olduğu Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının əleyhinə petisiya mayın 14-dək 350 mindən çox imza toplayıb.
Sportfm.az xəbər verir ki, bunu petisiyanın yerləşdirildiyi change.org onlayn platformasında əks olunan məlumatlar təsdiq edir.
“Cəmi bir həftə ərzində belə çox tərəfdarın toplanması məni hədsiz dərəcədə ruhlandırır. Bu mövzu həm Yaponiyada, həm də xaricdə böyük rezonans yaradıb. Biz Oyunların təşkili təxirə salınana qədər fəaliyyətimizi davam etdirəcəyik”, - deyə K.Utsunomiya mayın 14-də Tokioda keçirilən mətbuat konfransında bildirib.
Qeyd edək ki, koronavirus pandemiyasına görə bir il müddətinə təxirə salınan Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının cari il iyulun 23-dən sentyabrın 5-dək keçirilməsi nəzərdə tutulur.
Kyodo agentliyinin bu yaxınlarda keçirdiyi sorğunun nəticələrinə görə, Yaponiya əhalisinin 72 faizi Oyunların bir daha təxirə salınmasını dəstəkləyib.
Oxşar xəbərlər
İdmançıların 80 faizi peyvəndlənəcək - Tokio-2020
Tokio olimpiadası təxirə salınmayacaq - Təşkilat Komitəsi
Sakinlər narazıdır - Olimpiadanın keçirilməsini istəmirlər
Dünya çempionatı təxirə salındı
İdmançılar Tokioya getməsin! - Dünyanın idman təşkilatları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası