reklam
Sportfm.az xəbər saytı

"Məqsədim Premyer Liqaya qayıtmaqdır" -Nicat Süleymanov


"Turan Tovuz"un yarımmüdafiəçisi Nicat Süleymanov müsahibə verib.

Sportfm.az həmin müsahibəni təqdim edir:

- Komandanınız birinci divizionda bu mövsümdəki çıxışını necə dəyərləndirirsən?

- Mən azad agent statusundaydım, 2 ay əvvəl "Turan Tovuz"dan təklif gəldi, qəbul etdim. Mövsüm yaxşı keçdi, qol vurmusam da bir neçə qol ötürməsi etdim. Komandamız da normal çıxış etdi.

- "Turan Tovuz" yenə Premyer Liqaya buraxılmadı. Futbolçulara necə təsir etdi?

- Təbii ki, istəyirdik komandamız əsas liqaya vəsiqə qazansın. Təəssüf ki, icazə verilmədi. Amma irəli baxmaq lazımdır. Yaxşıya ümid edək ki, yaxşı olsun.

- "Qarabağ"dan "Zirə"yə gedəndə orada parladın. Daha sonra adın çəkilmədi.

- Razıyam. "Zirə"də bir neçə oyunda dubla imza atdım, qol ötürmələri etdim, hər kəsdən xoş sözlər eşidirdim. Karyeramın ən gözəl dövründə pandemiya bəlası dünyamıza "qonaq" gəldi. Çempionat vaxtından əvvəl dayandı, neçə ay məşq etmədik. Daha sonra "Qarabağ"a qayıtdım.

- "Qarabağ"dan ayrılmağının səbəbi nə oldu?
- Dediyim kimi, pandemiya şəraitinə görə işlər qaydasında getmədi. Qarabağ"la anlaşa bilmədik. Sonra xarici menecerlər əlaqə saxladı, Ukrayna Premyer Liqasında çıxış edən bir neçə klub təkif etdilər. Ora getdim, görüşlər oldu, sadecə, maliyyə şərtləri məni qane etmədi.
- Ukrayna klubları nə qədər maaş təklif edirdi?
- Bunu açıqlamaq istəmirəm.

- Premyer Liqaya qayıtmağının nə dərəcədə mümkün olacağını düşünürsən? 
- Mən Azərbaycan milli komandasının aşağı yaş qrupları üzrə bütün komandalarında çıxış etmişəm. Hətta kapitan da olmuşam. Mənə 6-7 ay futbolsuz qalmaq pis təsir etdi. Lakin məqsədim elə Premyer Liqaya qayıtmaqdır. Bu potensial məndə var. Özümə çox güvənirəm. Məşqlərdə artığını edirəm ki, yenə yüksək liqaya qayıdım və əsa milliyə dəvət alım.

- Dedin ki, 6-7 ay futbolsuz qalmaq pis təsir. Əvvəlki səviyyədə çıxış etməyin üçün nə qədər vaxt lazımdır?

- Mən 34-35 yaşım olsaydı, çətin olardı. Amma hələ gəncəm, özümü toparlayıb artığını da edərəm. Qarşıma məqsəd qoymuşam, inşallah zəhmətim yerdə qalmaz. (Qol.az)

Oxşar xəbərlər

“Birinci divizionu ləğv edək, ayrılan pulla futbol məktəbləri açaq” - Musa Qurbanov
"Futbolsuz qalmaq çox çətindir" - Elvin Yunuszadə
“Heç kim demir ki, “Turan Tovuz”a kömək edim” – Nadir Nəbiyev
"Bizə federasiyadan nəsə deyən olmayıb"- Nadir Nəbiyev
"Turan Tovuz" Premyer Liqaya layiq klubdur" - Nadir Nəbiyev

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər