• 06:46 Bazar ertəsi
    12 Aprel 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

"Futbolsuz qalmaq çox çətindir" - Elvin Yunuszadə

"Keşlə" klubunun müdafiəçisi Elvin Yunuszadə müsahibə verib.

Sportfm.az həmin müsahibəni təqdim edir:
- Ötən il bir neçə ay sürən Avropa karyeranızı necə dəyərləndirirsiniz?

- Hardasa, bəxtsizlik yaşadım. Hər şey yaxşı başlamışdı, Bosniya və Herseqovina klubu "Çelik"də baş məşqçim Ümit Özat idi. Sadəcə olaraq orda çempionat pandemiya səbəbinə görə başlamamış dayandı. Ona görə 5-6 ay futbolsuz qaldım.

- Bəs, Şimali Makedoniyanın "Şkupi" klubunda niyə möhkəmlənə bilmədiniz?

- Makedoniyaya yayda getdim. Düzdür, kluba gec qoşuldum. Lakin ardıcıl 4-5 oyun oynadım. Yaxşı çıxış etdim, sadəcə olaraq, zədə aldım. Ona görə də 1-2 ay oynamadım. Sonra özümə gəldim, üzərimdə işlədim, daha sonra ortaya maliyyə problemləri çıxdı. O səbəbə görə klubla istər-istəməz narazılıq baş verdi. Dediyim kimi uğursuzluq oldu. Amma Avropa mənə yeni təcrübə qazandırdı.

- "Keşlə"də ab-hava necədir?
- Hər şey öz qaydasındadır. Ötən gün "Səbail" ilə yoxlama matçında əsas heyətdə meydana çıxdım. Özümü yaxşı hiss edir və oynamağa hazır sayıram.

- 2 aya yaxındır "Keşlə"yə transfer olunsan da, hələ rəsmi debüt etməmisən. Səbəb nədir?
- 4 ay məşqsiz qaldım, çünki zallar bağlı, meydança yox idi. "Keşlə"yə qoşulduğum müddətdən hər şey öz yolundadır. Bayaq dediyim kimi, özümü yaxşı hiss edirəm. Məşqçi şans versə, can-başla oynamağa hazıram. Özümə inanıram.

- Əvvəlki Elvini görmək çoxmu vaxt aparacaq?
- Bir neçə ay futbolsuz qalmaq çox çətindir. Artıq özümə gəlmişəm, hər iki yoldaşlıq görüşündə iştirak etdim. Hər şey yaxşıdır. Mənim üçün indiki vəziyətdə ancaq oynamaq lazımdır. Nə istədiyimi bilirəm, məşqlərimi yüksək motivasiya ilə keçirirəm və deyərdim ki, artığını da edirəm. Mənə indiki dönəmdə stabil oynamaq lazımdır ki, əvvəlki Elvin qayıtsın. Mən buna hazıram.
- "Keşlə"də heyətə düşmək çətin olmayacaq?
- Əziyyət çəkirsənsə, məşq edirsənsə, işinə peşəkar yanaşırsansa, hər yerdə uğur qazana biləcəksən. Nə qədər istedadlı olsan da, işə can qoymasan, uğur qazana bilməzsən. Mən işimə məsuliyyətlə yanaşıram. Özümə inanıram ki, heyətə düşünəcəm, yaxşı oyunlar keçirəcəm.
- Hazırda sabiq klubların olan "Qarabağ" və "Neftçi" a arasında çempionatda gərgin mübarizə gedir. Şansları necə dəyərləndirirsiniz?

- Hər ikisi liderdir, hər ikisinin xalı eynidir. Başa-baş mübarizə gedir. Çempionat davam edir, indidən nəsə demək çətindir.
- Milli komanda ilə bağlı nə düşünürsünüz?
- Milli komanda Portuqaliya oyunda pis çıxış etmədi, normal idi. Qətərlə oyuna gəlincə, onlar Asiya çempionudur, ilk hissədə qalib gəlsək də, ikinci hissədə rəqib 2 qol vuraraq qələbə qazandı. Əsas Serbiya ilə oyundur. Onlarla görüşdə yaxşı çıxış edib 3 xal qazanmaq lazımdır. (Qol.az)

скачать dle 10.4 UTF-8Forex для начинающих

28-03-2021
73
REKLAM
Etketlər
#yaxşı, #lazımdır, #heyətə, #Keşləyə, #gedir, #mbarizə, #Milli, #komanda, #qaldım, #futbolsuz, #meydana, #etdim, #empionat, #olaraq, #bağlı, #oynamağa, #oynamaq, #hissədə, #hazıram, #Keşlədə
DİGƏR XƏBƏRLƏR
23-03-2021
"Məni başa düşənlər də oldu, qınayanlar da" - Adil Nağıyev
18-03-2021
"Baş məşqçidən danışmağım düzgün olmaz" - Sabah"ın futbolçusu
17-03-2021
“Sonadək vuruşub qalıb olmalısan” -
“Sonadək vuruşub qalıb olmalısan” - Tərlan Quliyev
26-02-2021
"AFFA ilə daimi əlaqədəyik, münasibətimiz yaxşıdır" - Nikola Yurçeviç
10-02-2021
"Bəxtim gətirmir, qara zolağa düşmüşəm" - Elvin Yunuszadə
27-12-2020
"Taktika dəyişdi və nəticələr gəlməyə başladı" - Emin Mahmudov
20-10-2020
"Artıq çəkim yoxdur, oynamağa hazıram" - Sezar Meza Kolli
24-04-2020
Həmişəki hadisə - azərbaycanlı futbolçu geri qayıdır
Həmişəki hadisə - azərbaycanlı futbolçu geri qayıdır
23-09-2018
"Keşlə"də baş məşqçi mənə haqsızlıq etdi" - Adrian Skarlatake
6-04-2018
"Milli komanda üçün əlimdən gələni etməyə hazıram" - Təmkin Xəlilzadə
5-04-2018
"Azərbaycandakı iki güclü komandadan biri "Qəbələ"dir" - Anar Nəzirov
18-02-2018
Samir Əliyev:
Samir Əliyev: Həmin oyunda heç-heçə olmasını istəyirdim
16-11-2017
İlqar Qurbanov:
İlqar Qurbanov: "Millidə mənim kimi futbolçuya ehtiyac var"
21-10-2017
Emin Mahmudov:
Emin Mahmudov: ""Neftçi" kimi komanda aşağı pillələrdə olmamalıdı"
7-10-2017
Şeydayev:
Şeydayev: "Özümü günahkar sayıram"
  Xəbər Lenti
"Çox dinamik komandaya qarşı oynadıq" - Qurban Qurbanov 11.04.2021, 22:02
“Zirə” 0-0 “Keşlə” - VİDEO 11.04.2021, 21:55
"Çempionatı bu heyətlə başa vuracayıq" - Ayxan Abbasov 11.04.2021, 21:53
"Qarabağ" vahid lider oldu - Azərbaycan Premyer Liqası 11.04.2021, 21:40
"Bizi gərgin oyunlar gözləyir" - Rəşad Sadıqov 11.04.2021, 20:42
"Zədəsiz və bir xalla qayıdırıq” - Sənan Qurbanov 11.04.2021, 19:10
"Zirə" "Keşlə" ilə heç-heçə etdi - Azərbaycan Premyer Liqası 11.04.2021, 18:56
"Qarabağ" - "Sumqayıt" - START HEYƏTLƏR 11.04.2021, 18:17
"Neftçi" – "Keşlə" matçı Bəkirova tapşırıldı - I Divizion 11.04.2021, 17:54
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 20 42
2 Qarabağ 20 42
3 Zirə  20 30
4 Sumqayıt   20 26
5 Qəbələ 20 23
6 Səbail 20 18
7 Keşlə 20 17
8 Sabah 20 16
Ətraflı
20-03-2021
Honda
Honda "Neftçi" ilə birgə məşqə başladı - FOTO
26-03-2021
"Bizim üçün vacib test olacaq" - De Byazi
3-04-2021
"Bəzi voleybolçularımız hobbilərini biznesə çeviriblər" - "Azərreyl"in prezidenti
6-04-2021
"De Byazili Azərbaycan yığması meydana qalib gəlmək üçün çıxmır" - VİDEO
18-03-2021
Futbol Akademiyasına avtomobillər alındı
Futbol Akademiyasına avtomobillər alındı 2 ədəd
18-03-2021
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
26-03-2021
"Ana-bacı qatilinin mənə qardaş deməsini qəbul edə bilmərəm" - Şahin Diniyev
22-03-2021
Təxirə salınmış oyunlara hakim təyinatları -
Təxirə salınmış oyunlara hakim təyinatları - I Divizion
22-03-2021
Kramarenkonun taleyinə aydınlıq gəldi -
Kramarenkonun taleyinə aydınlıq gəldi - Klubunda qalacaq
26-03-2021
Məşqçi kursları başa çatdı -
Məşqçi kursları başa çatdı - Tovuzda
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 16 36
2 Zaqatala 17 34
3 Neftçi-2 16 34
4 Sabah-2 16 29
5 Qarabağ-2 17 26
6 Kəpəz 15 17
7 Qaradağ Lökbatan 16 16
8 Keşlə-2  16 12
9 MOİK 16 10
10 Sumqayıt-2  15 9
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb