reklam
Sportfm.az xəbər saytı

"Bizə federasiyadan nəsə deyən olmayıb"-Nadir Nəbiyev


I Divizionda mübarizə aparan “Turan Tovuz” altı turdan sonra 15 xalla çempionatda liderdir. Qərb bölgəsini təmsil edən komandanın baş məşqçisi Azər Bağırov klubdan ayrıldı və ötən günlərdə “Qəbələ”nin məşqçisi təyin edildi.
Bu və digər məsələlərlə bağlı klubun idman direktoru vəzifəsində çalışan Nadir Nəbiyev müsahibə verdi.
Sportfm.az həmin müsahibəni təqdim edir: 
- Komandanın yeni baş məşqçisi nə vaxt məlum olacaq?
- Danışıqlar gedir. Yaxın günlərdə həll olunacaq. Bir neçə mütəxəssislə təmasa keçmişik. Tam rəsmiləşmədiyi üçün açıqlaya bilmərəm. Namizədlərin kim olduğunu demək doğru olmaz. Mənim adımdan problem deyil, söyləyə bilərəm. Sadəcə, namizəd məşqçilərə hörmətsizlik olar. Elə ola bilər ki, danışıqlar uğursuz alına bilər. Buna görə də hadisələrin gedişatını gözləyək və görək, nə baş verir. Heç bir şey dəqiqləşməyib.
- Azər Bağırovun “Turan Tovuz”da işləri qaydasında idi. Onu postunda saxlamaq niyə mümkün olmadı?
- Saxlaya bilərdik, çünki müqaviləsi var idi. Premyer Liqadan təklif aldı, qarşısını kəsmək istəmədik.
- “Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayev Azər Bağırovun klubu yarı yolda atıb getdiyini demişdi. Azər Bağırovla klub arasında inciklik var?
- Xeyr, nə inciklik ola bilər? Azər müəllimi özümüz “Turan Tovuz”a razı salıb, gətirmişdik. Sonradan belə variantı çıxdı. Premyer Liqadan təklif aldı. Özü də elitada klubların sayı azdır. Azər Bağırov üçün də işləmək üçün şans idi. Bu səbəbdən də ona problem yaratmadıq.
- Yeni mövsümdən Premyer Liqada klubların sayının artırlacağı gözlənilir. “Turan Tovuz”un elitada çıxış edəcəyi söz-söhbətləri var. Federasiyadan sizə Premyer Liqaya hazırlaşmaq tapşırığı qoyulub?
- Belə bir şey yoxdur. Mən beşinci çempionatdır ki, “Turan Tovuz”dayam. Hələ heç kim deməyib ki, Premyer Liqaya hazırlaşın. Biz çempion olanda da bunu bizə söyləyən olmayıb, o ki qaldı indi deyilsin. Biz işimizi görməli, irəli baxmalıyıq. Hazırda birinci yerdəyik. İstəyirik ki, yarışda yerimiz yaxşı olsun. Premyer Liqaya yüksələ bilsək, istəyirik ki, yer tutub, bunu bacaraq. Bizə federasiyadan nəsə deyən olmayıb.(sportal.az)

Oxşar xəbərlər

“Turan Tovuz”un tarixində bir ilk
“Turan Tovuz” Ayxan Abbasovla müqavilə imzalaycaq - Yaxın günlərdə
“Heç kim demir ki, “Turan Tovuz”a kömək edim” – Nadir Nəbiyev
"Qəbələ"də yeni məşqçi təyinatı gerçəkləşdi
"Turan Tovuz" Premyer Liqaya layiq klubdur" - Nadir Nəbiyev

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər