Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimiz “Böyük dəbilqə”ni bir medalla başa vurdu
Bu gün Rusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində Azərbaycanın son təmsilçisi Camal Feyziyev mübarizə aparıb.
Sportfm.az xəbər verir ki, Feyziyev 100 kq-dan yuxarı çəki dərəcəsində 1/16 final mərhələsində slovakiyalı Marius Fizellə qarşılaşıb və qalib gəlib. Camal növbəti raundda braziliyalı Rafael Silvaya ipponla uduzaraq, mübarizəni dayandırıb.
Daha əvvəl Azərbaycanın mübarizəyə qoşulmuş 9 cüdoçusundan yalnız Murad Fətiyev 81 kq dərəcəsində bürünc medal qazana bilib. Fətiyev həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Oxşar xəbərlər
Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurdu
“Böyük Dəbilqə”dən 3 medal
Azərbaycandan 21-ci lisenziya - Tokio-2020
Cüdoçularımızın ilk rəqibləri məlum oldu - Böyük Dəbilqə
Rüstəm "Böyük Dəbilqə"ni medalsız tərk etmədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası