Azərbaycandan 21-ci lisenziya -Tokio-2020
Azərbaycan cüdoçusu Murad Fətiyev Rusiyanın Kazan şəhərində keçirilən "Böyük Dəbilqə" yarışında bürünc medal qazanıb.
Sportfm.az xəbər verir ki, yarışa 1/16 finaldan başlayan cüdoçumuz ardıcıl olaraq Terens Koumaba (Qabon), Həsən Xalmurzayev (Rusiya) və Aslan Lappinaqovu (Rusiya) mübarizədən kənarlaşdıraraq yarımfinala çıxıb.
Bu mərhələdə macar cüdoçu Attila Unqvariyə uduzan Murad bürünc medal uğrunda görüşə qatılıb. 3-cü yer uğrunda qarşılaşmada Belarus atleti Yunus Bekmurzayevə qalib gələn cüdoçumuz bürünc medal qazanıb. Murad Fətiyev Tokio Olimpiya Oyunlarına vacib lisenziya xalları qazanıb. Bu, Azərbaycanın ümumilikdə 21-ci olimpiya lisenziyası olub.
Böyük Dəbilqəyə mayın 7-də yekun vurulacaq. Milli komandamız turnirdə 10 cüdoçu ilə təmsil olunur.
Oxşar xəbərlər
4 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Tbilisidə növbəti medal - Böyük Dəbilqə
Cüdoçumuz bürünc medal üçün döyüşəcək - Böyük Dəbilqə
Rüstəm Orucovdan əsgər salamlı zəfər - FOTO
Cüdoçumuz Okeaniya turnirində üçüncü oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası