Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ozobiç Xorvatiya yığmasında ikinci oyununu keçirdi- VİDEO
"Qəbələ”nin futbolçusu Filip Ozobiç Xorvatiya milli komandasında növbəti oyununu keçirib.
Sportfm.az xəbər verir ki, yarımmüdafiəçi Çinin Nannin şəhərində keçirilən "China cup 2017” turnirinin III yer uğrunda matçının iştirakçısı olub. İlk oyunlarında uduzan Çin və Xorvatiya yığmalarının oyununda heç-heçə qeydə alınıb – 1:1. Üçüncü yerin taleyinə oyunsonrası penaltilər seriyası aydınlıq gətirib. Qarşılaşmanın 90+1-ci dəqiqəsində meydana daxil olan Filip Ozobiç bu seriyada 2-ci penaltini qola çevirib. Lakin 3:4 hesabı ilə uduzan Xorvatiya millisi turnirdə 4-cü yeri tutub.
Xatırladaq ki, millidə 2 oyun keçirən Ozobiçin ölkəsinin əsas yığmasına debütü də bu turnirdə gerçəkləşib. O, Çili yığması ilə görüşdə start heyətində meydana çıxıb. Yarımmüdafiəçinin 57-ci dəqiqədə əvəzləndiyi görüş də 1:1 hesabı ilə başa çatdığından həmin matçda da penaltilər seriyasına ehtiyac duyulmuşdu. 3 gün öncə keçirilən matçda cənubi amerikalılar üstün olmuşdu – 4:1.
Oxşar xəbərlər
İspaniya millisi Millətlər Liqasının qalibi oldu
Xorvatiya 1/4 finalda - DÇ-2022
Ozobiç "Qəbələ"yə qoşuldu
"Qəbələ"nin futbolçusu Xorvatiya millisində debüt etdi
Filip Ozobiç Xorvatiya milli komandasında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlı baş məşqçinin sabiq komandası Super Liqaya qayıtdı
-
17 yaşlı futbolçularımız "İnkişaf turniri"nə yollanacaq - HEYƏT
-
Azərbaycan kubokunda hakim təyinatları
-
“Sabah” – “Qarabağ” oyununun hakimi məlum oldu
-
60 fərqli stadionda qalib gələn ilk klub
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası