reklam
Filip Ozobiç Xorvatiya milli komandasında
Sportfm.az xəbər saytı

Filip Ozobiç Xorvatiya milli komandasında


"Qəbələ”nin futbolçusu Filip Ozobiç Xorvatiya milli komandasına çağırılıb.
 
Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi 2017-ci ilin yanvarında yığmasının düşərgəsinə yollanacaq. Baş məşqçi Ante Çaçiç "qırmızı-qaralar”ın heyətində özünü yaxşı tərəfdən göstərən orta sahə oyunçusunu sınamaq qərarına gəlib. Ozobiç Xorvatiya millisinin heyətində "China Cup 2017” turnirində özünü göstərməli olacaq. Çaçiç Filipi yanvarın 10-15-də Nannin şəhərində keçiriləcək turnirə aparacağı heyətə daxil edib. Turnirdə Çin, Çili, İslandiya və Xorvatiya milliləri mübarizə aparacaq. Ayın 10-da Çin – İslandiya, ertəsi gün Çili - Xorvatiya matçları baş tutacaq. Məğlub olan komandalar yanvarın 14-də 3-cü yer uğrunda matçda qüvvələrini sınayacaq. Qaliblər isə ayın 15-də kubokun qalibini müəyyənləşdirəcək. 
 
Xatırladaq ki, 2016-cı ilin yayından "Qəbələ”də çıxış edən Ozobiç Xorvatiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas komandada debüt etməyib. Onun debüt matçı "qırmızı-qaralar”ın futbolçusu kimi baş tuta bilər.

Oxşar xəbərlər

"Qəbələ"nin futbolçusu: "Həyatım boyu bunun üçün çalışmışdım" - VİDEO
Ozobiç "Qəbələ"yə qoşuldu
Ozobiç Xorvatiya yığmasında ikinci oyununu keçirdi - VİDEO
"Qəbələ"nin futbolçusu Xorvatiya millisində debüt etdi
Kapitan "Neftçi"ni tərk etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər