Xorvatiya 1/4 finalda -DÇ-2022
Bu gün DÇ-2022-nin 1/8 final mərhələsinin daha 2 oyunu keçirilir.
Sportfm.az xəbər verir ki, günün ilk matçında Yaponiya millisi Xorvatiya ilə üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında 3:1 hesabı ilə qalib gələn Xorvatiya 1/4 finala yüksəlib.
Günün digər qarşılaşmasında isə Braziliya Cənubi Koreya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, bu cütlərin qalibi 1/4 finalda bir-birinə rəqib olacaq.
DÇ-2022
1/8 final mərhələsi
5 dekabr
19:00. Yaponiya - Xorvatiya - 1:1 (Penaltilər seriyası - 1:3)
Qol: Maeda, 44 (1:0), Perişiç, 56 (1:1)
Baş hakim: İsmail Elfat (Braziliya)
Penaltilər seriyası
Yaponiya: - - + -
Xorvatiya + + - +
"Əl Cənub" stadionu
23:00. Braziliya - Cənubi Koreya
Baş hakim: Kleman Türpen (Fransa)
"974" stadionu
Oxşar xəbərlər
Argentina və Xorvatiya yarımfinalda - DÇ-2022
Braziliya 1/4 finalda - DÇ-2022
1/4 finalın növbəti cütlüyü müəyyənləşir - DÇ-2022
Azərbaycan kuboku "Qarabağ"ın oldu
DÇ-2018: Qapıçıların duelindən Xorvatiya qalib ayrıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası