Kubok Bakıda -AVRO-2020
Futbol üzrə Avropa çempionatının kuboku Azərbaycana gətirilib.
Sportfm.az xəbər verir ki, kubok 3 gün Bakıda nümayiş olunacaq.
İyunun 11-də Romada start götürəcək futbol üzrə Avropa Çempionatının əsas mükafatı olan “Anri Delone” kuboku Avropanı səyahətə çıxıb və Budapeştdən sonra ikinci dayanacağı Bakı şəhəridir.
Kubok artıq Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Atəşgah Məbədi, Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionunda olub. Kubok turu bu gün də davam edəcək və bir neçə saat ərzində Bakının mərkəzi küçələrində yerli sakinlərə təqdim olunacaq. Turun əsas məqsədi ictimaiyyəti kubokla tanış etmək və AVRO həyəcanını Bakı küçələrinə yaymaqdır. Kuboku turnirin rəsmi maskotu Skillzy və digər personajlar müşayiət edəcək. Kubok Turu Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagendə davam edəcək.



Oxşar xəbərlər
Avropa Liqasının kuboku Cocuq Mərcanlıda - FOTO
UEFA kuboku Gəncəyə aparıldı
UEFA Avropa Liqasının kuboku Dubayda sərgilənir
Kubokun Bakıya gətiriləcəyi tarix açıqlandı
Futbol üzrə dünya çempionatının kuboku Bakıya gətirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası