reklam
Şəhid polisin oğlu
Sportfm.az xəbər saytı

Şəhid polisin oğlu "Qalatasaray" matçında- FOTO


Türkiyə Superliqasının 17-ci turunda oynanan "Atiker Konyaspor"-"Qalatasaray" matçı başlamazdan əvvəl arenaya şəhid polis zabiti Fethi Sekinin oğlu Burak Tolunay Sekin çıxarılıb.

Sportfm.az xəbər verir ki, "Atiker Konyaspor" klubunun prezidenti Ahmet Şen ona üzərində "Burak Bolunay Sekin" yazılan, 42 nömrəli futbolkanı hədiyyə edib.
Yanvarın 5-də İzmir şəhərində məhkəmə binasını partlatmaq istəyən terrorçularının qarşısını alan, onlarla atışaraq şəhid olan qəhrəman yol polisi Fethi Sekinin oğlu Burak Tolunayı "Konyaspor" matça dəvət etmişdi.

Balaca Burak "Konyaspor" və "Qalatasaray" azarkeşləri ilə fotolar da çəkdirib.


Oxşar xəbərlər

"Beşiktaş" Burak Yılmazla davam edəcək - QƏRAR
Şəhid azarkeşin oğlu "Neftçi"nin məşqini izlədi - FOTO
"Qalatasaray"ın yeni prezidenti - Burak Elmas
"Lill" azarkeşlərinin Burak sevgisi - VİDEO
Burak Yılmaza hücum etdilər - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər