reklam
Mövsümün ilk het-triki -
Sportfm.az xəbər saytı

Mövsümün ilk het-triki -Azərbaycan Kuboku


Futbol üzrə Azərbaycan kubokunda mövsümün ilk het-triki qeydə alınıb.

Sportfm.az xəbər verir ki, “Keşlə”nin futbolçusu Sezar Meza Kolli “Zirə” ilə səfər oyununda 3 qol vuraraq komandasının 3:2 hesablı qələbəsində əsas pay sahibi olub. Paraqvaylı futbolçuyadək kubokda sonuncu het-trik 729 gün öncə gerçəkləşib. Həmin vaxt da indiki kimi yarımfinalın cavab matçına təsadüf edən het-trik “Zirə”nin ev oyununda qonaq komandanın futbolçusunun hesabına yazılıb. “Sumqayıt”ın futbolçusu Peyman Babayi 2019-cu il mayın 1-dəki görüşdə 3 qol vurub və komandası 3:3 hesablı heç-heçədən sonra (ilk oyunda 0:0) finala yüksəlib. Hər iki qarşılaşmada qonaqlar Zirə İdman Kompleksində vurulan səfər qollarının sayəsində mərhələ adlayıblar.

Sezar həm də “Keşlə”nin heyətində son 14 ildə kubokda bir matça ən azı 3 qol vuran ilk oyunçu olub.

Oxşar xəbərlər

Meza Kolli tarix yazdı - Azərbaycan Premyer Liqası
Sezar 100-ə çatdı - Premyer Liqa
“Zirə”nin futbolçusundan yubiley qolu
“Zirə”nin 20-ci səfər “sülh”ü
Mədətov 30-a het-triklə çatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər