reklam
Sezar 100-ə çatdı -
Sportfm.az xəbər saytı

Sezar 100-ə çatdı -Premyer Liqa


“Keşlə”nin futbolçusu Sezar Meza Kolli Azərbaycan Premyer Liqasında yubiley matçını keçirib.

Sportfm.az xəbər verir ki, XX turun “Sumqayıt”la görüşü (2:2) legioner yarımmüdafiəçinin 100-cü oyunu olub.

Paraqvaylı oyunçu bu görüşlərdə 13 qola imza atıb.

Azərbaycanda 2013/14 mövsümündə debüt edən yarımmüdafiəçi bu müddətdə iki klubun formasını geyinib. O, fasilələrlə çıxış etdiyi “Keşlə”dəki 81 matçda 9 qol vurub. Paraqvaylı futbolçu “Zirə”də oynadığı 2016/17 mövsümünün 19 qarşılaşmasında 4 dəfə fərqlənib.

Qeyd edək ki, Sezar Meza Kolli çempionatda ilk oyununu 2013-cü il sentyabrın 12-də səfərdə “Neftçi”yə qarşı (1:3) keçirib.

Oxşar xəbərlər

Meza Kolli tarix yazdı - Azərbaycan Premyer Liqası
Sezar 100-ə çatdı - Azərbaycan Kuboku
"Keşlə"nın sabiq oyunçusu Rumıniya klubunda - Müqavilə
Sezar Meza Kollinin müqaviləsinin şərtləri məlum oldu
Sezar Meza Kolli Rumıniyaya yollanır?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər