reklam
Məmmədyarov finala çıxa bilmədi -
Sportfm.az xəbər saytı

Məmmədyarov finala çıxa bilmədi -Çempionlar Turu


Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində finalçılar müəyyənləşib.

Sportfm.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. İlk görüşdə uduzan Məmmədyarov ikinci qarşılaşmada 3:0 hesablı qələbə qazanaraq, oyunu tay-brekə daşıyıb. Lakin heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün armaggedon oynanılıb. Burada məğlub olan Məmmədyarov finala çıxa bilməyib.

Nakamuranın finaldakı rəqibi isə Maqnus Karlsen olacaq. Yarımfinalın ilk görüşündə Ermənistan təmsilçisi Levon Aronyanla heç-heçə edən dünya çempionu cavab qarşılaşmasında 3:1 hesablı qələbə qazanıb.

Məmmədyarov Aronyanla 3-cü yer uğrunda mabarizə aparacaq.

Çempionlar Turu: "New In Chess"

Yarımfinal, cavab görüşləri

Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0:3 (Tay-brekdə - 2:1)

İlk görüş - 3:1

Levon Aronyan (Ermənistan) - Maqnus Karlsen (Norveç) - 1:3

İlk görüş - 2:2

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.

Oxşar xəbərlər

Rəcəbov tay-brekdə uduzdu - Çempionlar Turu
Məmmədyarovdan qələbə, Rəcəbovdan bərabərlik - Çempionlar Turu
Rəcəbov Karlsenə, Məmmədyarov Firuzcaya qarşı - Çempionlar Turu
Məmmədyarov və Rəcəbov 1/4 finalda - Çempionlar Turu
Məmmədyarov Rəcəbovla üz-üzə - Çempionlar Turu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər